Instagram, Windows Phone üçün də hazırlanır


iOS-dən sonra Androidə gələn və istifadəçisi bundan sonra çoxalan Instagram, Facebookun satın almasından sonra görünür ki, başqa platformalara da gələcək. Halı hazırda Instagram yalnız iOS və Android platformalarını dəstəkləyir.

Facebook tərəfindən astronomik bir qiymətlə satın alınan Instagram, daha da genişləyəcək. Bir ara BlackBerry OS üçün Instagramın hazırlandığı ilə bağlı iddialar var idi. Lakin BlackBerry tərəfində BB 10-un gözlənilməsi işi bir az gecikdirmiş olacaq ki, hələ o tərəfdə yeni bir xəbər yoxdur.

Windows Phone tərəfində Microsoftun yanında Nokia, HTC və Samsung kimi istehsalçıların iddialı məhsullarıyla birlikdə istifadəçi sayı artmış və bu da Instagramı Windows Phone-u ciddi qəbul etməyə kifayət etmişdir.

Instagram, Windows Phone üçün hazırlanır və önümüzdəki aylarda Marketplacedə yerini alacaq. Yeni tətbiqlə birlikdə, iddialı kamera xüsusiyyətlərinə sahib Nokia Lumia 920 və 820 kimi modellərdə, istifadəçilər Instagram istifadə edə biləcəklər.

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
71
Reytinq
0.00

1 şərh

Amilll
Nəhayət ki, telefonumda Instagram istifadə edə biləcəm. Pokkiyə ehtiyac qalmayacaq:)

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər