Sosial Mediada reklam kampaniyaları #2


Sosial Media, dünyadakı reklam büdcələrinin böyük bir qismini təşkil etməyə başlayır. Milyonlarla büdcələr ayrılır.
Ölkəmizdə də son zamanlarda Sosial Media kampaniyalarına daha çox diqqət ayrılmağa başlayır.
Həm mövsümi imkanlardan, həm də təşkil olunacaq müxtəlif tədbirlərdən istifadə edən şirkətlər öz reklam kampaniyalarını keçirirlər.

Sosial Mediada keçirilən son maraqlı kampaniyalar haqqında oxucularımızı məlumatlandırmaq istədik.
Starbucks:
Bunlardan ilki "Starbucks"ın kampaniyası olacaq. Azərbaycan bazarına daxil olacaq Starbucks içkisi, bunu ictimaiyyətə ilk əvvəl Sosial Media vasitəsi ilə təqdim etdi. Kampaniyada əsas olaraq Facebook götürülürdü. Ancaq Twitter də istər-istəməz məsələyə daxil oldu.
Əvvəlcədən Sosial Mediada çox izləyicisi/dostu olanlar seçildi. Sonra onları tanıya biləcək şəxslər tapıldı. Bundan sonra seçilmiş insanları tanıyan şəxslər adından onlara «Starbucks» içkiləri yollandı.


Yuxarıda gördüyünüz şəkil, bu hədiyyəni alan Sosial Media istifadəçilərindən birinin paylaşdığıdır.
Hədiyyələr sahiblərinə çatdıqda, şəkillərini çəkib sosial mediada paylaşdılar. AzTwi-də günün trendləri arasına daxil oldu. Facebook-da isə müxtəlif troll səhifələr, fərqli şəkillərini paylaşdılar — link#1, link#2.

Hyundai:

Növbəti kampaniya isə Hyundai-dandır. Hyundai Auto Azerbaijan-ın kampaniyasında isə son zamanlardakı internetin populyar trendi demotivatorlardan istifadə edilir. Qalibi isə «EURO 2012» Avropa çempionatına yollayacaqlar.
Burada əsas olaraq demotivatorların mözusu Avropada icad olunmuş, ancaq indiki zamanda qeyri Avropa ölkələrində daha məşhur olanlara yönəlməlidir. Yəni, bir qədər intellektual demotivatorlar düzəltmək lazım gəlir.
Yollanan demotivatorlar isə şirkətin Facebook səhifəsində xüsusi səhifələrdə öz yerini alır.


ÇİNİCİ
Sosial Media ilə növbəti inteqrasiyalı kampaniya isə geyim mağazalar şəbəkəsi ÇİNİCİ-dəndir.
Aparılan interaktiv kampaniyanın qaliblərini səyahət və müxtəlif hədiyyələr gözləyir.
Etdikləri alış-veriş nəticəsində, avtomatik olaraq alıcıların mobil telefonlarına kodlar yollanır. Həmin bu kodlar arasından hər həftənin birinci günü çəkiliş ilə qaliblər təyin olunur. Kampaniyanın son və əsas nöqtəsi isə Sosial Mediaya qoyulur. Qaliblər canlı yayımda və yalnız ÇİNİCİ-nin Facebook səhifəsində aparılır.


Unibank
Yaxınlaşmaqda olan Eurovision tətbiri də bir sıra şirkətlərin Sosial Media kampaniyalarının mövzusuna çevrilib.
Bunlardan biri də Unibankdır. Unibank Facebook səhifəsində xüsusi bir yarışma keçirir. Eurovisionda ilk 3 pillənin qalibini tapa 5000 manatlıq mükafat və edir.


Azercell
Eurovision yarışmasının sponsorlarından olan Azercell də, bununla bağlı Sosial Media kampaniyası keçirir.
Bir müddət əvvəl, «Hədiyyələr» tətbiqi ilə bir çox yeni istifadəçi yığan Azercell, indi isə həmin tətbiqin bir növ Eurovision-a adaptasiyasını edib.

Qalib gəlmək üçün dostları dəvət etmək və aktiv iştirak etmək tələb olunur.

Xırdalan
Növbəti Eurovision əsaslı Sosial Media kampaniyası da Xırdalanın keçirtdiyidir.
5 suala düzgün cavab verdikdə, istifadəçilər Eurovisiona bilet qazanırlar. Bunun üçün məhdud vaxt verilir. Həmin vaxt ərzində əgər suallara düzgün cavab vermək mümkün olmasa, yenidən şansınızı sınamaq üçün bir neçə saat və ya bir gün daha gözləməli olursunuz.

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
76
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər