Tumblr da reklam almağa başlayır


2007-ci ildə istifadəyə verilən mikroblogging saytı Tumblr, istifadəçi sayını pula çevirməyə qərar verdi.

Bir çox start-up kimi Tumblr da gəlir qaynağının necə olacağı sualı ilə qarşı-qarşıya idi.

Firma qurucusu və CEO-su David Karp hər nə qədər 2010-cu ildə Los Angeles Times-a verdiyi bir reportajda reklama tamamilə qarşı olduqlarını dilə gətirsə də, firma 2 May etibarı ilə reklam almağa başlayacaqlarının açıqlamasını etdi.

Karp-ın açıqlamasında 2 May tarixi etibarı ilə Tumblr üzərindən reklam ala biləcəklərini ifadə edərək, 2010-cu ildə reklama qarşı olduqlarına dair olan açıqlama edən zaman kifayət qədər yetkin düşünə bilmədiyini dilə gətirdi.

Twitter qurucuları da uzun bir müddət reklama qarşı olduqlarını dilə gətirsələr də, quruluşlarının 4-cü ilində reklam xidmətlərini başlatmışlardı. Twitter bu sıralar uğurlu reklam qazancı ilə müxtəlif araşdırmalara mövzu olur.

Gündə ortalama 120 milyon səhifə görünüşü, 20 milyard post və 50 milyon blogu ilə Tumblr, markalar üçün yeni və güclü bir reklam qapısı ola bilər. 2011-ci ilin Avqustu etibarı ilə 800 milyon dollar dəyər biçilən Tumblr-ın bu yeni həmləsi ilə dəyərini artıracağı da gözlənilir. Qeyd edək ki, Tumblr-ın sərmayədarlarından ikisi həm də Twitterin sərmayədarlarındandır.

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
76
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər