Sosial Mediada reklam kampaniyası -"Papaq at"


Azərbaycanda internet inkişaf etdikcə internetdə olan reklam kampaniyaları da artır. Hər nə qədər dünyada bu sahəyə görə çox geriyə qalsaq da, bu sahə tamamilə boş da deyil. Xüsusilə dünyadakı Sosial Mediada aparılan uğurlu kampaniyalar öz adından daha çox bəhs etdirir. Blogumuzda Sosial Mediada «case study» olacaq kampaniyalara nümunələr gətirmişdik və belə kampaniyalar barədə gələcəkdə də məlumat verəcəyimizi demişdik.

Sosial Mediada belə maraqlı kampaniyalardan biri, Novruz bayramı ilə əlaqədardır. Qədim Novruz ənənəsi olan «Papaq Atmaq» adəti «Papaq atdı» oyunu ilə Facebook-a gətirilib.
Oyun Embawood üçün adaptasiya edilib. Oyunu oynayanlar öz Facebook friendlərinə papaq atır və onlara sovqat göndərə bilirlər. Bayramın sonuna qədər ən çox bayram payı — yəni xal toplayanlar bu xallarının qarşılığını real olaraq müxtəlif hədiyyələrlə alacaqlar. Oyuna Embawood-un Facebook səhifəsindən başlamaq mümkündür.

Bu Sosial Media kampaniyasını GoCreative dizayn studiyası həyata keçirib. Texniki tərəfi, Facebook-a inteqrasiyanı isə [email protected] interaktiv marketinq agentliyi yerinə yetirib.

GoCreative.az
GoCreative.az
GoCreative.az
 

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
76
Reytinq
0.00

3 şərh

Azer_nc
reklam üçün bu cür oyunların hazırlanması məqsədəuyğundu doğurdan.bəlkə də Azercell'dən ilham alıblar ))
Shaig
Azercell bəlkə də, facebook applicationlarını istifadə eləməyə ən gec başlayan şirkətdir :)
elico
Bele proyektler yeni deyil, amma indi indi isiqlanmaga baslayir mediada. Yoxsa kecen illerde de bu hecmli, hetta bundan boyuk hecmli facebook app'ler yazilib.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər