Flickr-a 6 milyardıncı foto yüklənib


Flickr foto paylaşım saytına 6 milyardıncı foto yüklənib. Yüklənən foto barədə Flickr rəsmi blogundan məlumat verib.
Fotoya artıq 14 mindən çox baxılıb. Ümumilikdə Flickr hər il əvvəlki ilə nisbətən 20% böyümə əldə edir.
Bu say Flickr üçün uğur sayılsa da, rəqibləri ilə müqayisədə hələ də geridə qalır. Xüsusi ilə Facebook-un yüksəlişindən sonra Flickr daha çox professional fotolar üçün məkana çevrilib. Digər tərəfdən Flick-ın digər sosial şəbəkələrlə inteqrasıyanı sevməməsi ondakı foto sayının az olmasına gətirib çıxarır.
Rəqiblərə nəzər yetirsək, Facebook istifadəçiləri 2011-ci ilin Fevral ayı etibarilə 60 milyard fotoşəkil yükləmişdi, gündə əlavə olunan fotoşəkil sayı isə təqribi 100 milyondur. Eyni dövrdə Photobucket 8 milyard, Picasa isə 7 milyard fotoşəkilə çatmışdı. Qeyd edək ki, Picasa saytı Google məhsuludur. Photobucket isə Twitterlə razılaşma əldə edərək, rəsmi foto paylaşımları bu sistem üzərindən təqdim edəcək.
Flickr isə Yahoo-a aiddir. Yahoo, Flickri dəstəkləməyə və bazar payının böyüməsi üçün kömək etməyə davam edəcəyini ifadə edir.

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
76
Reytinq
0.00

2 şərh

Azer_nc
Niyə ki, Flickr-dən sosial paylaşım saytlarına şəkil paylaşımı üçün imkan var axı.
Shaig
Əslində inteqrasiya sırf paylaşmaq olaraq nəzərdə tutulmur. Onun üçün saytın xüsusi nəsə eləməyi lazım olmadan da istifadəçilər paylaşa bilər. Əsas digər social hesablarla daxil olma imkanı, bir başa yükləyəndə həmin şəbəkələrə export imkanı nəzərdə tutulur.

Amma artıq flickr bu səhvini düzəltməyə başlayır…

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər