Mənim Twitter-im

Twitter son zamanların ulduzudur. Adı çox sahədə çəkilir. Bəzən adı böyük texnologiya şirkətlərinin ona qiymət biçməsində hallanır, bəzən də inqilabın carçısı kimi adı çəkilir, qadağan edilir başqa tərəfdən ona çatmaq üçün alternativ yollar yaradılır. Son vaxtlarda adı hər yerdə çəkildiyi üçün yeni və buradan çox fərqli istifadə edənlər də Twitter-ə gəlir. Üstəlik də Azərbaycan üzrə istifadəçiləri çox sürətlə çoxalır.
Bu gün də Twitterin 5 yaşı olur. Əslində bu yazım bəlkə də 10 gündür ki, qaralamamdadır. Post etmək üçün tam hazır deyildi. Ancaq ad günü şərəfinə tamamlamağa qərar verdim.
Bu yaxınlarda Twitterlə bağlı bəzi statistikaları yazmışdım. İndi isə bir növ şəxsi istifadəm barədə yazacam. Mənim Twitter-im nədir/necədir? Mənim üçün twitter nədir, ya da nə deyil?
Əvvəla saytın özü haqda Twitterin qurucularından olan Evan Williams-ın təqribi iki il əvvəl — 2009-un fevralında TEDx konfrasındakı çıxışına qulaq asmaq yerinə düşər.


Subtitles-da Türkcə və Rusca alt yazılar da var. Rahatlıq üçün onlardan istifadə etmək olar.

Burada fikrin hardan gəldiyi və hara getdiyi barədə az çox məlumat verilir. Əslində Twitter-in istifadə şəklinə görə ondan alacağımız fayda da müxtəlifdir.
Statistikaya görə Azərbaycanlı istifadəçilərin daha çoxu IT sahəsində işləyənlərdir. Amma bu rəqəm belə getsə 2011-in sonunda dəyişəcək. Yuxarıda yazdığım kimi indi microbloga axın çoxalıb.

Mən 2009-da Barcamp Caspian-dan sonra aktiv istifadəyə başlamışam (@shaig_m). Ona kimi FriendFeed istifadə edirdim. Bizdə Twitter çox yayılmamışdı — indiki Foursquare kimi. Sonralar (ötən il) artıq gedərək Azərbaycanlılar tərəfindən də çox istifadə olunmağa başladı.

İstifadəyə başlayandan sonra da, çalışdığım qədər təbliğ etmişəm. Çünki yeni insanlar — yeni fikirlər, yeni məlumatlar deməkdir. Əslində sistem sadədir. «Nə baş verir» sualına cavab verirsən.
Soruşulanda ki, «twitter nədir?» buna o qədər də dəqiq cavab vermək olmur əslində. Twitterin özü sadəcə bir servis saytıdır. Buradan istifadəyə görə hər kəs özünə uyğun istifadə edir və buna görə də onu izzah edir. RSS notification cihazı kimi də istifadə etmək olar, hətta bizim yerli istifadəçilər bundan çat kimi də istifadə edir. İstifadə şəklinə görə də ondan aldığımız fayda müxtəlifdir.
İnformasiya dövründə yaşayıyırıq və təməl ehtiyaclarımızdan biri də elə informasiya almaqdır. Bu servisdə də həmçinin. Ancaq informasiya almaq deyəndə bunu sırf xəbər saytı kimi başa düşmək də lazım deyil. Twitter xəbər saytı deyil. Sadəcə düzgün istifadə edəndə xəbər saytlarından belə daha dəqiq informasiya əldə etmək mümkündür. Ancaq düzgün xəbər almaq üçün gərək hər kəs bu servisi düzgün istifadə etsin. Yoxsa xəbəri verən bir mənbə olmayandan sonra mən nə qədər twitter istifadə edim, girim nə qədər search edim heç bir yararı olmayacaq. Məsələn əgər kimsə Bloqosfer kinfransında tədbir haqqında nəsə yazmasa, mən nəqədər bloqosfer haqqında bir xəbər axtarsam da faydasız olacaq. Son dövrdəki ərəb ölkələrində yaşanan inqilablar zamanı twitterdən düzgün məlumat alma səbəbi başda Əl-Cəzirə olmaq üzrə bir çox xəbər mənbəyinin, jurnalistin, adi vətəndaşın buna dair düzgün məlumat verməyi idi.
Bəziləri isə bu servisdən çat kimi istifadə edir. Baxmayaraq ki, Twitter chat deyil. Bizdə deyəsən bu söhbətləşmə adəti həqiqətən var. Son vaxtlarda da bir çox yeni üzv sözün əsl mənasında çat formasında yazır. İzlədiklərim arasında belələri yoxdur. Ancaq Aztwi.com-da timeline-a baxanda belə hadisənin şahidi oluram. Hətta bir söz o qədər böyük yazılmışdı ki, saytın dizaynı belə pozulmuşdu:



Günlük twitinə «Salam millət»lə başlayıb, hər kəslə bir-bir salamlaşıb sağollaşan belə var bizim istifadəçilər arasında (Deyəsən hansısa türk serialında twitterin bəhsi keçir, nəsə səhv anlaşılmazlıq olur). Bu formada istifadə edəndə isə spam yığınından başqa bir işə yaramaz.

Twitter-imtwitter.com/shaig_m
Mən əsasən gündəlik qarşılaşdığım maraqlı hadisələri, media file-ları, xəbərləri paylaşıram. Düşündüklərimi, yazdığım blog yazılarımı twitləyirəm. Eyni zamanda twitter üzərindən maraqlı fikir mübadilələrində iştirak edirəm. Danışmağa çox şey yığışanda bir Twitter Meetup-ı edirik.

İzlədiklərim.
Bu servisin ən sevdiyim cəhəti mənim follow elədiyimin məni follow etmək məcburiyyətində olmamağı eləcə də tərsinəsi. Hansısa bir adamın paylaşdıqlarını izləmək istəyəndə bir də ona request göndərib təsdiqləməyini gözlməyə məcbur deyiləm.
Bir də tvitlərini açıq saxlamayan userlər var. Əksərən onlar tanış biri olmayanda izləmirəm. Baxıb paylaşımlarının maraqlı olub olmadığını görmək olmur. Belələrini əsasən ortaq listimizdə olanların RT-lərindən sonra maraqlı olduğunu gördükdə izləyirəm. Ya da profillərinə baxıram. Onların profillərini doldurmaqlarından asılı olaraq izləmək üçün maraq yaranır və ya yaranmır.
İzlədiklərimin çox hissəsi maraq dairəmə (IT, marketing, social media) aid olan insanlardı.
Azərbaycan dilli istifadəçiləri izləmək daha rahat olur. Ona görə rusdillilər arasından mümkün qədər çox maraqlı olanlarını seçib izləyirəm. Çünki əcnəbi dillərdə olan tvitləri nəsə gözüm çox vaxt almır. #hashtagla olduqda daha tez nəzərimə çarpır. Sonra türk və ingilis dillilər də var.

İstifadəm
Arada istifadəçi listinə baxıb, uzun müddət tvitləməyənləri silirəm, yenilərini əlavə edirəm. Mümkün qədər izlədiklərimi normada saxlamağa çalışıram ki, izlədiyim bütün userlərin tvitlərini oxuyum. Həddindən artıq insanı izləyib, paylaşdıqlarını oxumamaq mənim üçün daha pisdir. İzləyənlərin suallarına da maximum şəkildə cavab verməyə çalışıram.

Ümumiyyətlə Twitteri faydalı istifadə etmək üçün onun mobil anlayışını qəbul etmək lazımdır. Ondan səmərəli istifadə üçün sırf saytına girib baxmaq kifayət deyil. Bunun üçün xüsusi applar, addonslar, extensionslar mövcuddur. Yararlı istifadə üçün istifadə olunan browserə plugin qurmaq məsləhətdir. Beləcə hansı saytda olmağımızdan asılı olmayaraq daim online olacağıq və bütün yeni tvitləri görmüş olacağıq. Mən Firefox üçün Echofon, Chrome üçün isə Chromed Bird istifadə edirəm. Müxtəlif mobil platformalar üçün də rəsmi applar var. Mən Android üçün rəsmi Twitter for Android-i işlədirəm. Seesmic də pis deyil. Hər halda seçimim rəsmidən yanadır (onsuzda Twitter yeni əlavə applara icazə verməməyə başlayıb).
Bəyəndiyim tvitlər olanda RT (retweet) edirəm. Bu da bir adətdir. Tviti mənbəyindən çatdırma.

Ümumiyyətlə twitter sırf ideyadır. Texniki cəhətdən çox asan məhsuldur. İlkin versiyası da onsuz da sadəcə 8 günlük işləməkdən sonra ərsəyə gəlib. Məncə Twitter əvvəl messengerlərdə yazdığımız statusların public halı, blog yazılarımızın kiçildilmiş versiyası, ümumi müzakirələri ilə isə bir vaxtların mIRC kanallarıdır. Amma istifadə etməyi bilən üçün onlardan daha faydalı, onlardan daha populyardır.

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
76
Reytinq
0.00

19 şərh

kiber
Mənimçün Twitterin üstünlüyü, real olaraq tanımadığım insanlarla ünsiyyət qura bilməyim, qarşılıqlı bilik mübadiləsi, hər an yardım üçün sorğu göndərə bilmək və s.
Bir sözlə tvitter mənimçün digərlərindən öndədir. ;)
Shaig
Tvitter bilərəkdən ya da təsadüfən bilmirəm. Ancaq çox yaxşı postion olunub. Xüsusilə qeyd olundğu tanımadığımız adamlarla ünsiyyət formasına görə.
Tural
Xoşuum gəldi Şaiq. Yaxşı yazmısan. Kifayət qədər ətraflı. Mən özüm bir neçə gün olar tvitterdən necə istifadə haqda yazmışdım. Bu çox önəmlidir. Gərək tvitterdən yaxşı istifadə edək.
Shaig
Oxumuşdum yazdığını. Commentdə gərək elə linkini də yerləşdirərdin.
Tural
Reklam və hörmətsizlik olar deyə etmədim.
Shaig
Yox əşi, reklam o vaxt olar ki, mövzu ilə əlaqəsi olmasın. Məsələn «istifadə haqda yazmışdım.» cümləsində, yazmışdım sözünə həmin linki versən tam yerinə düşər və qəti reklam hörmətsizlik olmazdı). nəticədə sivil bir qrup blogu platformasındadır =).
burhanagazade
Təşəkkürlər. Feysdə friendlərimin "darıxıram (", "ureyim sixilir", "=(" kimi statuslarından bezmişdim. Bu mənə mənasız gəlirdi. Bir alternativ axtarırdım. Tvitter'lə maraqlandım və onun daha faydalı olduğunu anladım. Sadə interfeysə sahib olsa da, gün ərzində maraqlı yazılar (tvitlər) oxuya bilirəm.
Shaig
Düzü heç mən öz interfeysindən oxumuram. Həmişə əlavələr köməyimə gəlir. Daha rahatdır.
DeviD
Mənə görə tvitterin elə də qeyri adi dahiliyi yoxdur, Sosial şəbəkələrin status servisini ayrıca sayt kimi qurub.Sadəcə bəxti gətirib.Hələ üstəlik limitlənmiş simvol sayıynan, elə bil telefonda sms yazırsan.Məlumatlara gəlincə isə tviterin populyar fanatlarının tvitlərinə baxıram elə orda da gündəlik söhbətlər, chatlar var.Hər hansı məhsul və servisi reklam olmayanlar üçün məncə artıq vaxt sərfidir.Ora sərf edilən vaxtı İt saytlara sərf edilsə daha çox şey öyrənmək olar.
Shaig
Yanaşma… Yanaşma səhvdir. Əgər Twitteri bir sayt olaraq qəbul edib ora vaxtını sərf etmək istəsən əlbəttə bir xeyir götürməzsən. Yanaşmanı düzəltmək lazımdır. Bu servis vasitə isə heç İT saytlara boş vaxt sərf etməyə də gərək olmaz.
Məsələn Həmin o bəh-bəhlə bəhs etdiyimi İT saytlarını götürək, Mashable olsun, Techcrunch olsun, Webrazzi olsun, Habrahabr olsun elə bizim blog da. Bunların Twitter hesabları var. Hamsını follow edib, buradakı updatelərdən dərhal xəbərdar olmaq mümkündür. Birdə hər gün hansısa sayta girib baxmaqdanki görən bu gün update olub ya yox, bu tool ilə hamsını birdən izləmək olar. Browserə inteqrasiya və artıq yenilikdən həmişə xəbərdar olmaq olar. Sadəcə bizim yerli istifadəçilərimiz hələki Twitterin fəlsəfəsini tutmayıblar.

P.S. Bakcell-in 0-su, Azercell SMS notificationları ilk əvvəl elə Twitterdə müzakirə olunmuşdu…
DeviD
Sevimli bir saytın tviter hesabı olmaya bilər və ya hər dəfə xəbərləri əlavə etməyə vaxtları olmaya da bilər.Saytın son yazılarını izləmək üçün Google Reader kimi alətlər var onsuzda.Biri var ki, sənə 10 yazıdan 9u sənə maraqlı yazı olsun, biri də var 10 tvitdən 4-5i maraqlı olsun qalanları gündəlik və chat xarakterli yazılar da ola bilər.
Yanaşma baxımından tviter servis və məhsulu olanlar üçün reklamdı, istifadəçi cəlb edirlər.istifadəçiləri bəs nəyə girir, əgər 4-5 sevimli saytı izləməyə Google reader kimi alətlər varsa.?
Bu mənim şəxsi yanaşmamdı, demirəm ki düz deyirəm sadəcə user baxımından mənim üçün artıq vaxt sərfidi.
Shaig
Hə, yəni dediyim kimi yanaşma. Saytların hesabına kimsə oturub yazıları əlavə etmir. Həmin RSS xidməti kimi servislər var, yazı olanda avto update edilir. Mən də istifadə edirəm RSS-i. Ancaq onun üçün də gərək sayta daxil olub, sonra orada baxasan. Twitterdə isə ən çox xəbərləri maraqlı olan saytların hesablarını izləyirəm və bunu sayt üzərindən etmirəm. Bu dəqiq mən burda sms yazanda sağda brouserimdə Webrazzi-nin bir tvitini gördüm. Bunun üçün bir də RSS-i readeri açmadım.

Başqa tərəfdən personlar var. Məsələn elə insanlar var ki, onlar fikirlərini məhz təkcə buradan ötürürlər. Onun üçün bir sayt yoxdur. Məsələn Osman Gündüz-ün Amerikadan etdiyi şərhləri hansı saytda tapa bilərsiz? twitter.com/osmangunduz. Ancaq o bunu tvitterdən edir. Ya da hansısa bir developerin fikirlərini gündəlik paylaşımlarını hansı saytdan tapa bilərsiniz? Çox vaxt adamın blog yazmağa ya da hər şeydən ötəri blog yazmağa hövsələsi çatmır. Mən bu gün gördüyüm bir şeyi paylaşmaq üçün blog yazmıram həmişə, tvitterdən edirəm.

Mən demirəm zorla tvitter istifadə edin. Sadəcə özüm üçün yararlarını yazmışam. Etmirsinizə etməyin. Bu sadəcə zamanla, yeniliklə ayaqlaşmamaq deməkdir.
Elvin85
Twitterin elə əsas üstünlüyü odur ki, orda əgər sən vaxtının qədrini bilsən, bir saniyən də boş yerə sərf olunmaz. Bu userin kimi follou etməsindən asılıdır. Çox şeyi Şaiq dedi. Tvitter hamıdan(!) operativdir, tvitterdə seçmə paylaşımlar edilir, tvitterdə lazımı sahənin mütəxəssisindən məsləhət almaq daha asandır, suala daha tez cavab almaq olar, tvitterdə işinə, maraq dairənə və.s. sahəyə aid həmkarlar tapmaq daha sürətli və sadədir və.s. Tvitterin digər şəbəkə və servislərdən üstünlüyünü saymaqla bitirməz. Şəxsən özümə aid olanlardan bir neçəsini dedim, tvitter sayəsində ixtisas bilgilərimi xeyli dərəcədə təkmilləşdirmişəm. Kimisə pulsuz reklam etmək və ya maniyasına tutulmaq deyil bu, mən konkret fayda(maddi və zehni) götürürəm, hamı götürsün istərdim.
Sadig
Mən şəxsən Twitteri ona görə xoşlayıram ki, belə demək mümkünsə «hər adam damarını tuta bilmir». Məhz bu xoşuma gəlir.
helshan
Şaiq maraqlı məqalədir qatılıram fikirlərinə amma bir AzerDict-li olaraq iradım olacaq:) Yazılarında həddindən çox ingiliscə sözlər istifadə edirsən. Sayt adlarına, brendlərə bir sözüm yoxdur transliterasiyasın versən (bu siyahıya davamlı söz transliterasiya olmuş sözlər əlavə edirəm) bəsdir onlar üçün amma sözlərin (məs. microblog-mikrobloq, post etmək-göndərmək,chat, search etmək və s...) mütləq normal şəkildə bir dildə yazmalısan məncə. Yoxsa məqalə «kirli» görünür
Shaig
Mən də sənin fikirlərinlər razıyam. Heç mən ingilis dilini belə super-puper də bilmirəm) Ancaq bəzi sözlərin tərcüməsi məni tam qane etmir. Ona görə əksərən belə olur. Yoxsa sevərək istifadə edərdim. Məncə ən yaxşısı Azerdict üçün izahlı lüğətin olmağıdır. Məni qane etməyən, ya da hansısa az anlaşılan söz olanda azerdictdən ona link verim ki, bilməyən üstünə klik etsin, gedib oxusun, sözün mənşəlini, hardan gəldiyini, nə üçün istifadə edildiyini görsün. Məsələn, addons, plugin, application və s. :)
Transliterasiya-nı vermək isə bir qədər tənbəllikdəndir. Çünki xarici sözlərdən həddindən artıq istifadə etməli oluruq texnologiya sahəsində. Onda tez-tez mötərizələr açıb yazmalı olacam:).
helshan
ingiliscə izahlı lüğət qəliz məsələdir, eləsək oğurluq etmiş olacağıq bu da xoş deyil. İzah üçün böyük lüğət saytların istinad göstərə bilərsən. Azərbaycanca izahlı lüğət üçün isə niyyət var amma vaxt, enerji və əvvəlki həvəs yoxdur ki oturub saatlarla internet üçün məlumat bazası hazırlayaq :)
Shaig
Düzdür bu situasiya «Tənbələ iş buyur, sənə ağıl öyrətsin»ə döndü :). Özümü çox haqlı çıxarmaq istəmirəm, iradlar düzdür). Mən də fikrimi daha oxunaqlı etmək istəyərdim. Sadəcə bir növ vəziyyətimi izah eləməyə çalışdım)
Mən elə Azərbaycanca da nəzərdə tuturdum. Məsələn yuxarıda qeyd etdiyim application, addons, plugin kimi sözləri tərcümə etdikdə bəzən əksinə mənası itir. Məsələn phpMyadminin Azərbaycanca versiyası var, amma mən heç vaxt istifadə edə bilmirəm ondan :(.
helshan
konfrans təşkil edib ətraflı şəkildə müzakirə etmək lazımdır :) Mənası itmək məsələsinə gəldikdə məs elə bayaq istifadə etdiyim «transliterasiya» sözü də çox yayğın bir söz deyil (mən də bir az olar öyrənmişəm) normal şəkildə çox adam da inanmıram bu sözün nə mənaya gəldiyini bilə. Bu sözün ingiliscəsinin «transliteration» olduğunu da təxmin etmək çətin deyil. Bu sözün nə mənaya gəldiyini bilmirsə axtarıb tapmaq artıq oxucuların məsuliyyətindədir hər şeyi izahla yazmağa məcbur olsaq gərək elmi məqalələr filan yazılmasın.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər