Yahoo! Delicious-u Satır

Beş il əvvəl Yahoo! tərəfindən satın alınan Delicious-un gələcəyi bu günlərdə çox qaranlıqdır. Belə desək daha doğru olar: Yahoo-nun bir çox servisinin gələcəyi kimi qaranlıqdır. Ötən həftələrdə Yahoo!-nun rəsmi blogundan edilən açıqlamada, Delicious-un bağlanılacağı deyilirdi. Mövzu ilə əlaqədar heç bir səbəb və detallı açıqlama edilməməsi Delicious-u istifadə edən və xüsusilə bütün arxivini Delicious-a yazan istifadəçiləri narahat etdi.

Delicious istifadəçilərinin Yahoo!-ya bu əməliyyatın səbəbi və sayta qeyd etdikləri məlumatların gələcəyinin nə olacağı ilə əlaqədar göndərdikləri maillərə yenə Yahoo!ın rəsmi blogundan cavab gəldi. Edilən şərhdə, mövzu ilə əlaqədar çox sayda e-poçt alındığını və buna görə də açıqlama etmə gərəyi hiss etdiklərini ifadə edən şirkət səlahiyyətliləri, Yahoo! ilə Deliciousun artıq strateji olaraq eyni nöqtədə olmamasına görə Deliciousun satılmasına qərar verildiyi bildirildi.

Bu satış əməliyyatının Deliciousu daha irəli nöqtələrə aparacağını açıqlayan Yahoo!, istifadəçilərin bu satışdan zərər görməyəcəklərini və məlumatlarının itməyəcəyini ifadə etdi.

Yahoo!-nun bu qərarı verməsindən sonrakı müddəti yaxşı idarə edə bilmədiyini düşünən mütəxəssislərə görə edilən açıqlama qane edir, lakin geçikmiş addımdır. Hazırki vəziyyət etibarı ilə Delicious istifadəçilərinin maraqlandığı tək mövzu şirkətin yeni sahibinin kim olacağıdı.

Aid olduğu bloglar

Sosial Media

Sosial Media haqqında yazılar. Yeniliklər, statistiklar və s.

Oxucuları
3
Başlıqları
76
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər