Azercell chat/layır...

Yəqin ki, eşidib bilmiş olarsınız, Azercell növbəti yeniliyini edib(!), mobil saytında chat xidməti açdı. Yox əşşi, nəsə xüsusi SMS-ə alternativ IM servisi filan buraxmayıb. Bildiyimiz chat açıb.
Bu yanaşmanın nədən yarandığı, bu addımın hansı məntiqlə atıldığı qaranlıq qaldı. Chat məsələsiki var, bu əsasən əyləncə seqmenti üçün nəzərdə tutulmuş bir servisdir. Prestiji də belə o qədər yüksək deyil. Hətta artıq bir növ avaraxana statusunu daşıyır. Bir özüm üçün bir daha aydınlaşdırım. Deməli bu m.azercell.com, Azercell.com-un mobil versiyasıdır. Bu Azercell.com isə o boyda böyük, yekə, nəhəng, dinəndə ağız dolusu bazar liderliyindən danışan Azercell Telekomun rəsmi saytıdır. Hansı ki, bu Azercell Telekom da, TeliaSonera-nın şirkətidir (maraqlıdır görən onların xəbəri var?). Yəni korporativ saytdır. Yuxarıda da qeyd elədiyim kimi, chat əyləncə resursudur. Əyləncə və Korporativ saytlar isə tamam başqa kateqoriyaya aiddirlər. Mən dünyada Vodafone, Verizon, AT&T və ya başqa bir mobil operatorun saytında belə bir bölmə görməmişəm ki, mobil chatları olsun.
Bu Azercell-in mobil saytının məqsədi, informativ xarakterli olmalıdır. Belə istifadəçilərini çox fikirləşirlərsə, vebdə həqiqətən çox faydalı olan bölümünü — Onlayn Xidmətlər-in mobil versiyasını hazırlasınlar. Bu onlar üçün daha alqışalayiq addım olardı.

Bəs maraqlıdı Azercell niyə korporativ saytında chat açıb? Ağıla bir neçə variant gəlir. Ola bilsin ki, Azercell digər wap/mobile saytların chatlarında olan istifadəçi sayını görüb qısqanclıqdan çatlayıb. İstəyir həmin istifadəçiləri özünə çəkə. Bəlkə content satışını birbaşa saytın özündə etsin, heç partnoylara pul zad verməsin.
Belə səbəblərim çox məntiqsiz gələ bilər. Amma məsələnin özü məntiqsiz olduğundan məndə də öz-özünə belə alınır.

Azercell-in bu işi bilmədiyini isə adam düşünmək istəmir. Necə ola bilər ki, ölkənin bir nömrəli GSM operatoru korporativ saytın məsuliyyətini bilməsin.

Bəlkə nəsə qaş düzəltmək istəyiblər, vurub göz çıxarıblar?
Turkcell-də bir konsepsiya var idi: turkcell-im. Əgər etməyə çalışdıqları budursa, zəhmət çəkib axıra qədər etmək gərəkdir. Bunun üçün korporativ saytı istifadə etmək lazım deyil. Başqa bir sayt açmaq, əyləncə konseptini burada tətbiq eləmək lazımdır. Bu ayrıca VAS xidməti olaraq daha çox fayda gətirər. Bunu geniş reklam da etmək olar.

Yoxsa belə o böyüklükdə opetarotun saytını oyuncağa çevirmək lazım deyil. Azercell durub indi Xana ilə Alo ilə rəqabət aparacaq. Digər operatorlara nisbətən Azercell yenilikçilik etməyə həvəslidir. Digərlərinə nisbətən az-çox alınır. Ancaq məncə işi tam peşəkar etmək lazımdır. Bu haqqında yazdığım məsələnin qəti yola veriləsi yanı yoxdur.

Aid olduğu bloglar

Oxatan

Oxatan.com blogunun rəsmi kanalı.

Oxucuları
2
Başlıqları
41
Reytinq
0.00

13 şərh

orxan96
Hər halda izah edə bilərlər ki, ümumi müzakirə üçün bir yerdi, amma yox, baxdım chat-a, «boyunuz, çəkiniz» kimi bölmələri, «evlənmək, dost tapmaq» kimi məqsəd bölmələri olan Alo chat kimi bir şeydi… Ölkənin ən səviyyəli GSM operatorudur xalqın gözündə, bu cür şeylər yersizdir. Ümumiyyətlə Chat belə bir şirkət üçün, bu dövrdə səviyyə məsələsidir :)
Shaig
səviyyə məsələsidir :)
başqa çox sözə gərək yoxdu.

Yuxarıda da qeyd elədiyim ayrıca bir VAS xidməti olaraq Turkcell-dəki kimi nəsə eləsələr dərd yarı. Yoxsa rəsmi saytda…
Amidos
Chat acharaq milletin m.azercell saytina daha chox maraq gostereceyini dushunurse boyuk sehv edir mence. Umumiyyetle saytin mobil versiyasinin saytin esas versiyasi ile demek olar ki elaqesi yoxdur. m.azercell.com sanki adi bir wap saytinin alternatividir. Wallpaper yuklemek, hava haqqinda melumat, burcler ve s…

Mobil saytlara yeqin qisaca bele terif vermek olar:
«Istenilen saytin mobil versiyasi, mobil telefonlarda achilarken trafiki ve optimal performansi nezere alaraq xususi ile dizayn edilmish saytlardir ve esas saytdaki butun funksiyalara bu veya diger shekilde sahib olmalidir»

Sozumun cani, chat achmaqdansa birincisi m.azercell.com-u esl mobil sayta chevirseler ve imkan daxilinda daha chox servislerle zenginleshdirseler (meselen: adi balansinin ne qeder oldugunu saytdan oyrenmek) o sayta maraq daha chox olar.

Wallpaper, burc murc uchun ise bashqa sayt acha bilerler veya bunu, mobil sayt ucun esas shertleri odedikden sonra saytin hansisa xususi bolmesina qoya bilerler. Hetta buna ehtiyac yoxdur bildiyim qeder ile Azercellin kifayet qeder kontent providerleri var.
Shaig
Əlbəttə. Əsas veb saytda olan funksiyalarını mobilə keçirsinlər. SMS göndərməkdən, balans artırmaya. Yoxsa belə elə bil ki, Azercell-in «karizmasın çizmek» üçün əllərindən nə gəlir edirlər.
DeviD
Ümumiyətlə mobil operator üçün məncə çox məntiqsiz bir addımdı, bu artıq o deməkdi ki cammat siz yeməyin ancaq mən yeyəcəm! Hər kəsin öz yolu var, başqa sferaya girmək artıq yekəbaşlıqdı.

Bu çat görəsən ancaq Azercell istifadəçilər üçündü? Bakcellə yoxladım səhifə səhv verdi.
Shaig
Ola bilsin Bakcell üçün bağlı saxlayıblar. Çünki mən kompüterdən yoxladım, belə açıqdır.
Rashid
Çox məntiqsizdir. Nə gəlir gözləyirlər ki? Ən yüksək reytinqli wap chatlar qədərə istifadəçisi olsa belə ordan qazanacağı gəlir Azercell kimi bir şirkətin gəliri yanında 0-dan başqa birşey deyil. Heç cür anlaya bilmirəm. Üstəlik azercell jsp içlətdiyi halda bu chat php-dədir. Hazır scriptə də oxşayır
iamzaur
belə uzun txt`ləri sevmirəm oxumağı, qısaca başa salın görəy hııııyyyy???
Shaig
Twitterdə bir xeyli müzakirə getdi. Təəssüf commentlərdə olsa idi hamı oxuyardı. tviterdəki bütün müzakirəni bura yaza bilmərəm. Ancaq Azercell tərəfini təmsilən müdafiə edən twitter.com/imranbaghirov istifadəçisi idi.
Shaig
Bu arada turkcell-im dən başqa bir video da paylaşım.
Burada da chat filan falan kütləsi nəzərə alınıb. Əlavə turkcell-im.com.tr domaini götürülərək həm bu servisin turkcellə aidliyi bildirilib, həm də korporativ üsluba ziyan vurulmayıb — www.youtube.com/watch?v=V8H8DEYVqJ8
-AsLan_Bayramov-
Men bakcelle qeydiyyatdan kechmisdim, ozleride face'de yazmisdilar ki, gelecekde diger browserlerdende giris mumkun olacaq. Hal hazirda mini operayla girmek olmur sayta. m.azercell.comun web saytla elaqesi yoxdu hech, tamam ferqlidi. Sizinde qeyd etdiyiniz kimi Online xidmetlerin wap versiyasini duzeltseydiler daha yaxsi olardi. Wap chatdan chox ne varki Azda? Azercellin chatida onlardan biri oldu.
KMK-news
Amma nəzərinizə çatdırım ki son vaxtlar Azercell- deyişikliklər çoxdur əvvəlki kimi e-mail-lərə cavab yazmırlar təkliflərə başdan sovdu baxırlar ele bil sönüblər.
Bəlkə Azercell-in burdan gələn gəlirə ehtiyacı var:)
elcanmemmedov
Salam 0505048990 bu nomrede abuneliklere baxa bilersiz

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər