"Biz ölkəmizin Google-u Facebookuyuq" - GoldenPay 9 yaşında


Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan GoldenPay ASC-nin yaradılmasından 9 il ötür. Belə ki, şirkət 2007-ci ilin iyul ayında yaranmışdır. Bu barədə şirkətin təsisçisi və rəhbəri Fərid İsmayılzadə məlumat verib.

Şirkət rəhbəri qeyd edib ki, hazırda yerli bazarda onlarla rəqiblərinin olmasına baxmayaraq onlar öz liderliklərini qoruyub saxlayırlar.

Birgə çalışdığı əməkdaşların peşəkarlığından məmnunluğunu ifadə edən şirkət rəhbəri: «Ofis dizaynı olaraq istədiyim ofis şəraiti yarada bilməsəm də, mence abu-hava baxımından, sərbəstlik, kreativlik, əməkdaşlarla münasibətlər baxımından hesab edirəm ki, biz ölkəmizin Google-u Facebookuyuq. Təşəkkürlər GoldenPay-də işləyən hər kəsə! Ad gününüz mübarək!» — deyə sevincini paylaşıb.

Məlumat üçün qeyd edək ki, GoldenPay ASC 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn təhlükəsizlik sertifikatları aldıqdan sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən bu yana yüzlərlə xidmətin qoşulduğu GoldenPay vasitəsilə milyonlarla AZN-lik onlayn ödənişlər həyata keçirilmişdir. Eyni zamanda GoldenPay Azərbaycanda fəaliyyət göstərən bir çox bank xidmətlərini də təklif edir.

GoldenPay-ın başlıca məqsədi insanların ödəniş vərdişini dəyişməklə vaxtlarına qənaet etmələrini təmin etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Bu portalda kommunal, mobil, internet, bank kreditləri və digər növ ödənişlərin edilməsi mümkündür. Həmçinin Hesab.az-da onlayn sığorta xidmətləri və kinoteatra bilet almaq olar. Yaxın gələcəkdə isə Hesab.az istifadəçilərinə aviabiletlərin onlayn alışı, pul köçürmələr daxil olmaqla bir çox yeni xidmətlər təqdim edəcək.

Aid olduğu bloglar

Ödəmə sistemləri

Ödəmə sistemləri barədə məlumat.

Oxucuları
1
Başlıqları
8
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər