Azərbaycanda HTC Desire smartfonları satışa çıxarılır


Azərbaycanda bir və iki SİM-kartı dəstəkləyən HTC Desire 816 smartfonunun satışları başlayır. Bu funksional cihazlar cari ilin iyun ayında Azərbaycanını dükanlarında satışa buraxılacaq. Bu barədə şirkətdən Technimum-a verilən məlumatda bildirilir:

HTC Desire 816 smarfonu ön dinamiklərlə və mükəmməl səs keyfiyyətini təmin edən HTC BoomSound texnologiyasılə təchiz olunmuşdur. Desire 816 smartfonu mobil fotoşəkil həvəskarları üçün də əla seçimdir. HTC Zoe funksiyalarına və Zoe videoçarxlarının yaradılması imkanlarına malik 13 meqapiksellik əsas kamera və 5 meqapiksellik ön kamera əla keyfiyyətli avtoportreti və ya mənzərəni çəkməyə imkan verəcək. HTC BlinkFeed əsas ekranı isə ənənəvi olaraq sosial şəbəkələrdəki son yenilikləri və xəbərləri toplayacaq.

HTC Desire 816 smartfonu parlaq 5.5-düymlük ekranı və 1.6 GHz-lıq dörd-nüvəli prosessoru ilə fərqlənir. Smartfonun bir SİM-kartı dəstəkləyən versiyası 4G LTE şəbəkələrində də işləmək qabiliyyətinə malikdir. Yeni smartfon aktiv həyat tərzi sürənlərə bütün gərəkənləri təqdim edir: o, əyləncə, oyun və bir neçə proqramlarla iş üçün əla seçimdir.
HTC Desire 816 modeli Azərbaycanda boz və ağ rənglərdə satışa çıxarılacaq, HTC Desire 816 dual sim modeli isə, bunlardan əlavə, həm də göy rəngdə satılacaq. Daha ətraflı məlumatı www.htc.com saytından əldə etmək olar.

Aid olduğu bloglar

Mobil marketing

Mobil dünyada aparılan reklam kompaniyaları, mobil marketing haqqında yeniliklər, blog yazıları.

Rəsmi tag: Mobil

Oxucuları
9
Başlıqları
82
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər