"HTC One" smartfonlarının Azərbaycanda satış payı ilə bağlı məlumat


HTC smartfonlarının Azərbaycanda satışları ilə bağlı yeni məlumat yayımlanıb. Şirkətin yayımladığı məlumatı diqqətinizə çatdırırıq:

2014-cü ilin yekunlarına əsasən yeni HTC One (M8) smartfonlar ailəsi Azərbaycanda Android-smartfonları arasında liderliyə iddia edir. Mütəxəssislərin rəyinə görə bu ailəni təmsil edən modellər müxtəlif istehlakçı auditoriyasının maraqlarına cavab verir. Hazırda Azərbaycanda yeni HTC One (M8) və HTC One modellərinin satışları həyata keçirilir.

Məsələn, HTC One (M8) flaqmanının əsas üstünlükləri bunlardır: tamamilə alümin korpus, ikili kamera (DuoCamera) və ikili müxtəlif rəngli işıq, qabaqcıl Android KitKat 4.4 əməliyyat sistemi, BoomSound səs texnologiyası, yaddaşın 128GB-dək artırılma imkanı və s. Bu smartfonun ekranı möhkəm üçüncü nəsl GorillaGlass şüşəsilə müdafiə olunur.

«Satışda olduğu qısa müddətə baxmayaraq HTC One (M8) smartfonuna olan tələbat gözlənilən proqnozları üstələyir. Ciddi və eyni zamanda dəbli dizayn həm gənclərin, həm də menecerlərin xoşuna gəlir», deyə mobil telefon satışları ilə məşğul olan Bakı dükanlarından birisinin nümayəndəsi qeyd etdi.

Qeyd etmək lazımdır ki, yeni smartfonun dizaynı Barselonada keçirilmiş Mobile World Congress sərgisi zamanı Global Mobile Award assosiasiyasının versiyasına əsasən "Ən yaxşı smartfon" adına layiq görülmüş bundan əvvəlki uğurlu HTC One modelinin ənənələrini davam etdirir.

Smartfonda MotionLaunch (sadə və intuitiv idarəetmə), HTC Dot View (məlumatlrın əks olunacağı intellektual çexol), HTC Sense TV, HTC BlinkFeed (ekranda xəbərlər axını) və s. kimi qabaqcıl texnologiyalar istifadə olunur. Batareyanın tam doldurulduğu təqdirdə bu cihaz 14 günə qədər işləyə bilər (zəng, SMS və elektron poçt məktublarını qəbul etmək şərtilə).

Aid olduğu bloglar

Mobil marketing

Mobil dünyada aparılan reklam kompaniyaları, mobil marketing haqqında yeniliklər, blog yazıları.

Rəsmi tag: Mobil

Oxucuları
9
Başlıqları
82
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər