Ən çox üstünlük verilən “Windows Phone”lu telefonlar [infoqrafik]

“Microsoft”un bir müddət öncə təşkil etdiyi “Build” konfransında tanıtdığı və bir müddət əvvəl developerlər üçün yayımlanan Windows Phone 8.1 versiyası böyük maraqla qarşılanıb. Ancaq bu versiyanı təkcə developerlər deyil, normal istifadəçilər da cihazlarına yükləyib.

“Microsoft” Windows Phone 8.1-i qısa müddətdir ki, istifadəyə təqdim etsə də, artıq yüklənmə sayı 1 milyona çatıb.

Araşdırma şirkəti “Adduplex”in məlumatına görə WP 8.1, hazırda “Windows Phone” dünyasının 3.1 %-lik hissəsini təşkil edir. Ümumilikdə WP istiadəçiləri 50 milyona yaxındır.
Bunun da 1 milyon yarımını WP 8.1 istifadəçiləri təşkil edir.

“Adduplex” şirkəti araşdırmasında “Windows Phone” ekosisteminin ən böyük istehsalçısı olaraq bilinən “Nokia”nın ən çox seçilən cihazları barədə də məlumat verib.

“Nokia” 93,5 %-lik bazar payıyla 1-ci yerdə gəlir. “Windows Phone”lu telefonlar siyahısında Lumia 520 dünyada 34,3 %-lik payla hələ də liderliyini qoruyur. Sonrakı yerlərdə isə sıra ilə Lumia 920, 625 və 620 medelleri gəlir.

Aid olduğu bloglar

Mobil marketing

Mobil dünyada aparılan reklam kompaniyaları, mobil marketing haqqında yeniliklər, blog yazıları.

Rəsmi tag: Mobil

Oxucuları
9
Başlıqları
82
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər