“Samsung”un “Windows Phone'lu yeni telefonu göründü + FOTO

“Samsung” şirkətinin “Windows Phone” əməliyyat sistemli yeni nəsil ağıllı telefonu “Ativ SE” üzə çıxdı. “Evleaks” tərəfindən Twitter hesabı üzərindən yayımlanan şəkildə telefonun dizaynı dəqiq şəkildə göstərilib.

Ümumi olaraq Galaxy S4 dizaynından ilham alan “Ativ SE”, 5 düym ölçüsündə Full HD keyfiyyətli Super AMOLED ekrana sahib olacaq. Prosessorun dörd nüvəli Snapdragon 800olacağı gözlənilir. 2GB RAM, arxa hissədə LED flash, 13MP keyfiyyətli kamera olan və “Windows Phone 8.1” əməliyyat sistemiylə çalışacaq ağıllı telefonun ilk olaraq Amerikalı GSM operatoru “Verizon” vasitəsilə satışa təqdim edilməsi gözlənilir.

Aid olduğu bloglar

Mobil marketing

Mobil dünyada aparılan reklam kompaniyaları, mobil marketing haqqında yeniliklər, blog yazıları.

Rəsmi tag: Mobil

Oxucuları
9
Başlıqları
80
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər