HTC-nin yeni smartfonlarının Azərbaycanda satışa çıxarılacağı tarix açıqlandı


Azərbaycanda HTC-nin yeni modellərinin (Desire 816 və Desire 610) satışı 2014-cü ilin aprelində başlayacaq. Modellər HTC şirkəti tərəfindən cari ilin fevral ayında Barselonada keçirilmiş Mobile World Congress sərgisində təqdim edilmişdir.

HTC Desire 816

HTC Desire 816 smartfonunun zahiri görünüşündə HTC One flaqman modelinin üslübu aydın şəkildə görsənir. Parlaq rəng qamması keyfiyyətli materiallarla uyğunlaşır ki, bu da yeni smartfona tanınan dizayn cizgilərilə unikal xüsusiyyət verir. Bundan əlavə genişləndirilmiş funksional sayəsində HTC Desire 816 orta qiymət seqmentinə aid olan smartfonları yeni mərhələyə çıxarır.

“HTC Desire 816 smartfonun üstünlükləri göz qabağındadır: o, inqilabi texnologiyalarla təchiz edilmişdir, güclü funksionala malikdir və eyni zamanda öz sinifi üçün standartlar təyin edir”, deyə HTC-nin baş direktoru Piter Çou qeyd edir.

Yenilənmiş HTC Desire ailəsinin ilk modeli iki ön dinamiki və mükəmməl səs keyfiyyətini təmin edən HTC BoomSound™ texnologiyasılə təchiz edilmişdir.

5,5-düymlük ekran smartfonla işi əsl ləzzətə çevirir. İki güclü kamera sayəsində HTC Desire 816 şəkil həvəskarları üçün ideal seçimdir. HTC Zoe™ funksiyalarına və “Zoe” videoçarxların yaradılması imkanına malik 13 MP-lik əsas kamera və 5 MP-lik ön kamera yüksək keyfiyyətlə avtoportret və ya mənzərəni çəkməyə yardım edəcək. Son xəbərləri və sosial şəbəkələrdəki yenilikləri isə ənənəvi olaraq HTC BlinkFeed™ əsas ekranı toplayacaq.

1,6 GHz-lıq dördnüvəli prossessorla təchiz edilmiş HTC Desire 816 smartfonu 4G LTE rabitə texnologiyasını dəstəkləyir. Yeni smartfon aktiv həyat tərzi yaşayanlar üçün lazım olanları təqdim edir: o, əyləncə, oyun və bir neçə proqramlarla iş üçün münasibdir.

HTC Desire 610

HTC Desire 610 smartfonunu kontentin yaradılması və ifası üçün nəzərdə tutulan güclü funksiyalarla fərqlənən kiçik əyləncə mərkəzidir. Belə ki, HTC Desire 610 smartfonu 4,7-düymlü ekranı, öncül HTC BlinkFeed funksiyası və HTC BoomSound əla səsi ilə fərqlənir.

“Smartfon almağı düşünən istifadəçilər qiymət və keyfiyyət seçimi qarşısında qalmamalıdırlar. HTC şirkəti yüksək məhsuldarlığı və öncül funksiyaları özündə rahatlıqla birləşdirən HTC Desire 610 smartfonunu təqdim edir. Bununla belə, onun daha bir danılmaz üstünlüyü vardır — əlverişli qiymət”, deyə HTC-nin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Filip Bler şərh edir.

HTC Desire 610 dördnüvəli prossessora malikdir və 4G LTE rabitə texnologiyasını dəstəkləyir. Əsas ekranı real zaman rejimində məlumat axınına çevirən HTC BlinkFeed funkasiyası xəbər axınlarını və sosial şəbəkələrdəki bütün yenilikləri toplayıb ekranda göstərir. Bundan əlavə, HTC Desire 610 smartfonu şəkilləri rahat şəkildə redaktə etməyə və çəkilmiş materiallardan avtomatik şəkildə dinamik Zoe videoçarxlarını yaratmağa imkan verir. Daha sonra siz həmin çarxları öz dostlarınızla, ailə üzvlərinizlə və sosial şəbəkə istifadəçilərilə bölüşə bilərsiz.

Aid olduğu bloglar

Mobil marketing

Mobil dünyada aparılan reklam kompaniyaları, mobil marketing haqqında yeniliklər, blog yazıları.

Rəsmi tag: Mobil

Oxucuları
9
Başlıqları
82
Reytinq
1.19

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər