Google mobil reklam bazarının 97%-nə sahibdi


Google, xüsusilə Android əsaslı cihazlardadakı app-larda qarşımıza çıxan pulsuz reklamlı versiya strategiyası ilə hədəfinə çatmış kimi görünür.

Həm iPhone-larda həm də Android cihazlarda default axtarış motoru olaraq gələn Google, Amerika mobil reklam bazarının da tam hakiminə çevrilib. Efficient Frontierin hesabatına görə, Google-un mobil axtarış bazarındakı bazar payı 98%-dir, reklam bazarının isə haradasa 97%-inə hakimdir. Yahoo və Bing ittifaqı isə 3.2% olaraq cüzi bir paya sahibdir.

Araşdırmaya görə, mobil reklam bazarı hal-hazırda bütün online axtarış bazarı xərclərində 4.3%-lik bir payı təşkil etsə də bu nisbət hər keçən ay bir az daha artır. Ehtimallara görə artaraq maksimum 10%-lik bir paya sahib olar bilər, pis halda isə 7%-ə qədər artar. Bu isə ən az 60% kimi böyük bir böyüməyə bərabərdi.

Aid olduğu bloglar

Mobil marketing

Mobil dünyada aparılan reklam kompaniyaları, mobil marketing haqqında yeniliklər, blog yazıları.

Rəsmi tag: Mobil

Oxucuları
9
Başlıqları
80
Reytinq
1.19

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər