Mobex - Mobil Reklam Şəbəkəsi

" Mobex — MDB ölkələri üçün nəzərdə tutulmuş yüksək texnologiyalı mobil saytlar və tətbiqetmələr üzərindən reklam yayımlayan Rich Media mobil reklam şəbəkəsidir" məqsədi ilə fəaliyyətə başlayan Mobex startup (beta) mərhələsində mobil saytlar üzərindən CPC tipli reklam yayımlamağa nail olmuşdur. Mobex vasitəsi ilə mobil traffik sahibləri traffik satışı vasitəsi ilə qazanc, reklama ehtiyacı olanlar reklam alışı ilə öz məhsullarını yüksək keyfiyyətli traffik ilə təmin edə bilərlər.
Mobex — Mobil Reklam Şəbəkəsində 3 məqsədlə hesaba sahib olmaq mümkündür:

1. Reklamverən — Siz öz məhsulunuzu keyfiyyətli traffiklə təmin edə bilərsiniz
2. Yayımlayan — Siz öz saytınızın traffikini ən yüksək dəyərdə sata bilərsiniz
3. Əməkdaşlıq — Heç bir sayta sahib olmadan yalnız paylaşaraq gəlir əldə edə bilərsiniz

Öncədən qeyd etdiyimiz kimi şəbəkədə CPC (PPC) tipli 3 reklam növü mövcutdur: mətn, banner, banner+mətn. Reklamverənlə yanaşı Yayımlayan APİ vasitəsi ilə yayımlamaq istədiyi reklam növünü (beta versiyada yalnız 1 tip olduğu üçün tip seçimi yoxdur) seçə bilər. Beta versiya hazırlanarkən Azərbaycan bazarına tamamən bələd olan expertimiz tərəfindən bütün incəliklər nəzərə alınaraq şəbəkəyə tətbiq olunmuşdur. Belə ki, reklam yayımlayanları nəzərə alaraq reklam yayımlanmadıqda əməkdaşlıq linkinin, 18+ reklamlarının idarə olunması kimi seçimlər, reklamverənlər üçün geniş targeting təklif olunmuşdur.
Reklamın keyfiyyətini artırmaq üçün yayımlayan rolunda unikal istifadəçisi yüksək olan saytların qəbul olunmağı ilə yanaşı yayımlayanların yüksək gəlir götürməyi məqsədi ilə standart gəlir faizi 75%, yalnız Mobex yayımlayanı olaraq 90%-ə kimi qaldırmaları mümkündür.
Əməkdaşlıq vasitəsi gəlir əldə etmək çox sadədir, sizə verilən əməkdaşlıq linkini paylaşaraq şəbəkəyə qazandırdığınız reklamverənin hər balans artırdığı məbləğin 5%-i anında sizin hesaba əlavə olunur. Şəbəkədə pul əməliyyatları beta versiyada Netmoney, Webmoney, Nəğd, Poçt vasitəsi ilə aparılır, yaxın zamanda plastik kartlar vasitəsi ilədə mümkün olacaqdır. Şəbəkənin sahəyə bələd texniki dəstək qurupu onlayn olaraq sizə nəyinki problərinizi həll etməkdə kömək olacaq, hətda sizə uğurlu reklam kampaniyasının təşkilində, eCPM in yüksəldilməsi həlləri barəsində yardımçı olacaqdır.

Mobex-in əsas məqsədləri Azərbaycanda mobil reklam sahəsinin inkişafı ilə birgə digər mobil marketinq sahələrini işıqlandırmaqdır. Beləki, yüksək texnologiyalı şəbəkə əldə olunduqda Azərbaycan şirkətlərinin mobil reklama marağının artacağı ilə yanaşı milli qazanc şəbəkəsinin yaranması ilə mobile developer lərin fəaliyyətində yüksək artış olacağı gözlənilir. Beta versiyada məqsədə doğru ilk addımlar atılsada investisiya çatışmamazlığından hələki imkanlar qısıddır. Bu baxımdam Mobex ilk addım olaraq StartUp Azərbaycan müsabiqəsinə öz layihəsini təqdim etmişdir. Güman edirik ki, layihənin prespektivklərini görə bilən investor tapılaraq təkminləşdirmə işlərinə yaxın zamanda başlanacaqdır.

Aid olduğu bloglar

Moblama

Moblama — Mobil Reklam Şəbəkəsinin rəsmi WebOxu hesabı

Oxucuları
3
Başlıqları
2
Reytinq
1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər