Energizer iki yeni telefon tanıtdı



Batareya markası olaraq bildiyimiz Energizer yeni telefonlarını ortaya çıxardı: Power Max P490S və Power Max P490

Energizer batareyaları ilə və bəzən aydınlatma aksesuarlarıyla tanınan bir firma. Telefon dediyinizdə isə ağlınızda ən son gələcək firmalardan bir dənəsi. Ancaq Energizerin bazarda bir neçə telefonu var və firma indi daha iki yeni telefon tanıtdı.

Yeni telefonlardan Power Max P490S, 4,95 düym 18:9 nisbətli bir ekranla MediaTek MT6739 SoC, 2GB RAM və microSD ilə genişlədilə bilən 16GB RAM yaddaş sahəsi ilə gəlir. Power Max P490 isə MediaTek MT6580 yonqu seti, 1GB RAM, 8GB yaddaş kimi minimal özəlliklərə sahibdir. İki telefonda da cüt arxa kamera yer alır. Bunlar 8MP-lik bir ana kamera və dərinlik qəbul etməyə yönəlik VGA kameradan ibarətdir. Öndə isə 5MP-lik bir ana kamera və yenə dərinlik qəbul etməyə yönəlik bir VGA kamera var.

4.000mAh əhatəli batareyadan uzun bir batareya ömrü gözləyə bilərsiz. Batareya microUSB portu üzərindən enerji yığarkən 3,5mm-lik qulaqlıq girişi də nəzərə alınıb. Android Oreo ilə çalışan telefonların qiymətləri və çıxış tarixləri indilik açıqlanmadı.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər