Görünüşüylə Nokia 3310-u xatırladan 30 dollarlıq Xiaomi Qin satışa çıxır



Xiaomi kiçik və ağıllı telefon seriyası Qin-i satışa təqdim edir. Bu yeni seriyanın ölçüsünün kiçik olmasının həm müsbət həm də mənfi cəhətləri var.

Ağıllı telefon sektorunun Çinli böyüyən nəhəngi Xiaomi bir tərəfdən son texnologiya ilə inkişaf etdirilmiş cihazlar hazırlayarkən bir tərəfdən də cib yandırmayan, bizlərə köhnə və kiçik cihazlarımızı xatırladacaq bir model istehsal etdi. 30 dollara bazara çıxacaq Xiaomi Qin Android bazasına sahib deyil.

Nokia 3310 havasındakı Xiaomi-nin Qin 1 modeli MediaTek-in MT6260A yonqu dəstiylə çalışır. 8 MB RAM və 16 MB yaddaş sahəsi bu kiçik telefonun 1480 mAh-lıq batareyası var. 3310 kimi görünsə də, internetə giriş təmin edən Qin 1 Wi-Fi və Bluetooth 4.2 özəlliklərinə də sahibdir.


Qin 1s isə Spreadtrum SC9820 yonqu dəstiylə işləyir. Cihazda 256MB RAM və 512MB-lıq yaddaş sahəsi yer alır. GPS, VolTE, Wi-Fi və Bluetooth 4.2 əlaqə variantları da içində yerləşdirilib.

Qin 1 modelinin enerjisinin ağır istifadədə belə 15 gün boyunca dayanması ən diqqət çəkən avantajıdır. Dezavantajlar isə Qin seriyasının qulaqlıq girişi və kamerasının olmamasıdır. Bu seriyaya tam bir “ehtiyac telefonu” deyə bilərik.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

1 şərh

LindaTovar
Bu cihaz köhnə istifadəçilər üçün uygundur! onlayn oyunlar: hole io

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər