Samsung qırılmaz ekran hazırlayır



Samsung gələcək olan yeni modelləri üçün olduqca dözümlü bir ekran teknologiyası üzərində çalışır.

Bildiyiniz kimi son hazırlanan telefonların demək olar ki, hamısı OLED teknologiyasına sahib olan cihazlardı.

OLED ekranlar LCD-lərə görə ətraf mühit faktorlarına qarşı daha həssas olurlar. Fiziki formalarına görə onları qorumaq da olduqca çətindi. Bunun ən böyük nümunəsi olaraq Samsung model telefonlarını göstərə bilərik, amma görünür ki, bu təsürat yaxın zamanda yox olacaq.

Samsung gələcək olan yeni modelləri üçün olduqca dözümlü bir ekran teknologiyası üzərində çalışır.

Normal şərtlərdə sərt istehsalı edən firma artıq öz modellərində elastik və zərbəyə davamlı bir maddə istehsal edəcək. Beləliklə qırılmaz ekran teknologiyası ilə telefonlarımızın düşmə qorxusundan qurtulmuş olacayıq.



Bunu da unutmayaq ki, ağıllı telefonların ekranları her keçən gün böyüyür, fiziki olaraq onları qorumaq imkansız hala gəlir. Samsung-un hazırladığı yeni texnologiya elastik ekran forması sayəsində daha möhkəm bir yol cizgisində ilk addım olaraq qiymətləndirə bilərik.

Yeni ekranlar sadəcə qırılmamaqla kifayətlənmir, eyni zamanda soyuq və isti hava şəraitlərində də təsirini göstərməyə davam edəcək. Beləliklə hədsiz istilərdə isinən ekran formasına da Samsung ilə bərabər son demiş olacayıq. Bu texnologiya yeni gələcək olan Note 9 və S10 modellərində istifadə olunacaqmı bilmirik, amma bunun üçün hələ erkən bir mərhələdəyik.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər