Apple artıq Intel ilə çalışacaq


Qualcomm ilə əməkdaşlığını sona çatdıran Apple indi Intel ilə yoluna davam edəcək.

Apple-ın Qualcomm ilə ortaqlığı bir müddətdir danışılan mövzular arasında yer alırdı. İkilinin yaşadığı anlaşılmazlıqlar hər nə qədər xalqdan gizli tutulmağa çalışılsa da, məşhur Apple analitiki Ming-Chi Ku 2018-in əvvəllərində Apple-ın Qualcomm ilə təchizat ortaqlığını sonlandıracağını bildirmişdi. Elə də oldu.

İki firma arasında yaşanan patent mübahisəsi müqavilənin sonlanmasıyla nəticələndi. Mübahisə müddətində haqlı çıxan Apple Qualcomm ilə iPhone-ların modemlərinə əlaqədar qurduğu ortaqlığı axırda bitirdi. Bu barədə uyğun firmalar ilə ortaqlıq etməyə çalışan Apple sonda Intel ilə razılaşdı.


Bu vəziyyətdən Qualcomm nə qədər təsirlənər bilmirik, ancaq dünyanın ən çox satan telefon markası ilə olan əməkdaşlığını itirməsi mütləq bəzi problemlərə yol açacaq. Buna nüfuz da daxildir.

Qualcom-un açıqlamalarına görə, Apple 2018 ilinin iPhone modellərində Intel-in XMM 7560 adındakı mobil modemini istifadə edəcək.

Keçən ilin Yanvar ayında Apple Qualcomm-un heç əlaqəsi olmayan teknologiyalar istehsal etmək üçün patentləri pozduğunu söylədi. ABŞ, Almaniya və Çində hələ davam edən bu dövr şirkətlərin arasındakı əlaqələri qopardı.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər