Xiaomi Mi A2-dən yeni təqdimat afişası



Xiaomi, Mi A2-nin yeni təqimat afişası rəsmi Twitter hesabı üzərindən paylaşıldı.

Teknoloji nəhəngi Xiaomi, bazara təqdim etdiyi məhsullar ilə hər keçən gün məşhur olmağa devam edir. Xiaomi-nin global olaraq özünə kifayət qədər istifadəçi və heyran kütləsi toplamış olması, şirkətin sonrakı addımını daha sağlam ata biləcəyi mənasını da daşıyır.
Xiaomi, rəsmi Twitter hesabı üzərindən yeni bir təqdimat yayınladı. Çinli şirkət maraqla gözlənən Mi A2 modelinin yaxında tanıdılacağının siqnallarını da vermiş oldu. İzləyicilərinə ‘''Mi A1’in böyük heyranısız? 2, 1-dən daha yaxşı!'' şəklində şüar atan şirkət indidən istifadəçilərini heyecanlandırmağı bacardı.
Keçən il tanıdılan Mi A1, Android One platformasının üzvü idi və bunun sayəsində istifadəçilərə stok Android interfeysindən istifadə fürsəti verirdi. Həm afişadan həm də tweetdəki etiketlərdən anladığımız qədəri ilə seriyanın davamı olan Mi A2 də Android One platformu ilə sizlərə təqdim olunacaq.
8 hissəli prosessoru ilə 4GB ve 6GB RAM qabiliyyəti seçimlərinə və 5.99 düym ekrana sahib olan Mi A2, 20 megapiksel arxa kamerası ilə də seriyanın heyranlarını gözləyəcək. 24 Sentyabrda İspanyada təşkil olunacaq tədbir ilə global istifadəçilərə tanıdılacaq telefon maraqla gözlənilir.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

1 şərh

tedobre
4 GB və 6 GB RAM, gözəl səslənir. Mən Xiaomi bir fan deyiləm, lakin onların telefon daha yaxşı və daha yaxşı olur.
instagram technology

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər