Qarşınızda 9 kameralı ağıllı telefon!



9 linzalı kamera ilə gələcəyi söylənilən yeni bir ağıllı telefon bazara təqdim edilməyə hazırlaşır. Bilindiyi kimi ağıllı telefon bazarında yer alan firmalar arasında sürət kəsməyən bir kamera yarışı yaşanır. Ortaya çıxan yeni bir cihaz isə qaydaları dəyişdirəcək kimi görünür.

Light adlı şirkət daha öncə qarşımıza 16 linzalı bir kameraya sahib olan L16 adında bir ağıllı telefon çıxarmışdı. L16 ilə kamera barəsində uğurlu bir iş aparan firma indi isə qarşımıza 9 linzalı bir ağıllı telefon istehsal etməyə hazırlaşır.

Vaşinqton Post-da yer alan xəbərlərə görə yeni ağıllı telefonun zəif işıq performansının yüksək səviyyədə olduğu və DSLR keyfiyyətində görüntülər təqdim edəcəyi dilə gətirilir. Bununla bərabər cihazda yer alacaq olan bu yeni kamera 64 megapikselə sahib olacaq.

Bu üstünlük mövcud olduğu təqdirdə telefonun daxili saxlama sahəsinin də çox olması gözlənilir. Həmçinin bu yeni 9 linzalı kamera müxtəlif dərinlik effektlərinə də sahib olacaq. Telefonun bu ilin sonunda tanıdılması gözlənilir. Şirkət bu ağıllı telefon ilə rəqabəti üst səviyyələrə daşıyaraq Apple və Samsung kimi qabaqcıl firmaların önünə keçməyi hədəfləyir.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər