Honor Note 10 yaxında gəlir!


Honor Note 10, gözlədiyimizdən daha yaxın bir tarixdə qarşımıza çıxa bilər.

Edilən açıqlamaya əsasən Honor Note 10 gözlədiyimizdən daha yaxın bir tarixdə qarşımıza çıxa bilər.

Huawei'nin yeni bir telefon üzərində çalışdığını və Samsung-dan 6,9 inç Super AMOLED panel sifarişi verdiyini bilirik. Ancaq bu sifarişinin hansı model telefon üçün verildiyini bilmirdik. Honor rəhbəri Zhao Ming, Weibo üzərindən etmiş olduğu bir paylaşım ilə “Raven” kod adlı modelin Honor Note 10 olduğunu konkretləşdirdi və yeni model haqqında bir neçə yeni bilgi paylaşımı etdi.

Verilən məlumatlara əsasən yeni Honor Note 10 tam olaraq iki ildir inkiaf etdirilmə mərhələsindədi. Bu səbəblə Note 9-u görmə şansımız olmayıb. Beləliklə bir məsələ də aydınlığa qovuşmuş oldu. Bəs yeni Note nə zaman qarşımıza çıxacaq?



Fərqli ekranla qarşımıza çıxacağı iddia edilən telefonun GPU Turbo ilə grafik işləmə gücü yüzdə 60 artacaq, enerji xərcləməsi isə yüzdə 30 nisbətində azalacaq. Bu da yüksək oyun performansı mənasına gəlir. Prosessor olaraq Kirin 970 və 8 GB RAM ilə gələ biləcəyi danışılan yeni Honor Note 5.500 mAh enerji istifadə edəcəyinə dair təxminlər gündəmdə yer alır.

Çıxış tarixi barəsində konkret bir açıqlama verməyən Ming, telefonun o qədər də uzaq bir gələcəkdə istifadəçilərə təqdim edilməyəcəyini də vurğuladı. Bu da o deməkdir ki, yeni Note modelini çox da gözləməyimizə gərək qalmayacaq.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər