Parlament rominqin ləğvini təsdiqlədi


Avropa Parlamenti rominq xidmətlərinin ləğv olunması ilə bağlı qərarı təsdiqləyib. Bu ilin iyunun 15-dən qüvvəyə minəcək qərar beynəlxalq telefon bağlantısı üçün tariflərin məhdudlaşdırılmasını nəzərdə tutur. Belə ki, iyundan etibarən hər giqabayt üçün 7,7 avro təşkil edəcək tarifin məbləği hər il azaldılacaq və 2022-ci ilədək 1 giqabayt üçün 2,5 avro təşkil edəcək.

Zənglər üçün tariflər 3,2 avrosent, SMS bildirişi üçün 1 avrosent müəyyənləşdirilib. Son ikinci rəqəm sonuncu rəqəmdir və azaldılmayacaq.

Məlumata görə, iyunun 15-dən etibarən Avropa İttifaqında səyahət edən təşkilata üzv ölkələrin sakinləri mobil internet və telefon danışıqlarından ucuz istifadə imkanı əldə edəcəklər.

Rouminqin ləğv ediləcəyi ölkələr sırasına Aİ-dən çıxmağa hazırlaşan Böyük Britaniya da daxildir. Bununla belə, Birləşmiş Krallığın 2019-cu ilin martınadək Aİ tərkibində qalacağı gözlənilir. Rouminqin Aİ-yə üzv olmayan İsveçrə və Norveçdə ləğvi gözlənilmir.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

2 şərh

emanuel8
Son ikinci rəqəm sonuncu rəqəmdir və azaldılmayacaq.
bullet force games
annashetty
Thank you for sharing the information! The idea of changing battery sounds better than waiting for the battery to recharging. 192.168.0.1

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər