“Samsung” şirkəti Galaxy S8 smartfonlarını təqdim etdi


“Samsung” şirkəti ABŞ-ın Nyu York şəhərində təşkil etdiyi xüsusi mərasimdə özünün flaqman smartfonu sayılan “Galaxy S8” və onun bir qədər böyük qabariti olan “Galaxy S8+” smartfonunu təqdim edib.
Smartfonların əsas üstün cəhəti “Bixby” səs köməkçisidir. Smartfon kənarları yüngülvari əyilmiş və bütün üz hissəni tutan, 2960*1440 piksel həllə malik Super AMOLED-displey ilə təchiz olunub. Displeylərin aşağı hissəsi ekran düymələri üçün ayrılıb. Ekranlar “iPhone”lardakı “3D Touch” texnologiyasına oxşar şəkildə sahibinin barmaq hərəkətini tanıyan texnologiya ilə təmin olunub. “Galaxy S8” 5,8 düym, S8+ isə 6,2 düym ekran ölçüsünə sahibdir.
ABŞ-da “Qualcomm Snapdragon 835” prosessoru, digər bazarlarda isə “Samsung Exynos 8895” çipi ilə təchiz olunmuş cihazlar satışa çıxarılacaq. Cihazların operativ yaddaşı 4 Gb, daxili yaddaşı 64 Gb təşkil edir. Smartfonlar “microSD” kartları üçün slot və qulaqcıqlar üçün 3,5 mm-lik “yuva”ya malikdir. Əsas kamera 12 meqapikseldir, f/1.7 aperturaya malikdir və avtofokusun işini yaxşılaşdıran “Dual Pixel” texnologiyasını dəstəkləyir. 8 meqapiksel ön kamera da f/1.7 aperturalıdır və avtofokusla təchiz olunub.

ABŞ bazarında “Galaxy S8” 750 dollar, “S8+“ isə 850 dollardır. Smartfonun ilkin sifarişləri ABŞ-da martın 30-dan etibarən başlayıb. Satışlar isə aprelin 21-də start alacaq. Smartfonlar qara, gümüşü, narıncı-qızılı, mavi və boz-bənövşəyi rənglərdə hazırlanıb.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

1 şərh

amandanunes
Recently my brother has sent samsung s8 to me as a gift and it is very beautiful look wise. The concave screen and censor is mesmerizing. The only thing that i don't like is that its accessories are very expensive. The phone is expensive i know but a guy like me who work at write my paper services and earns 450$ a week can't afford a head piece worth $50, that is so expensive.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər