360 dərəcəlik kameraya malik ilk smartfon - dünyada ilk


Ötən ilin payızında Şençjendə keçirilmiş “China Hi-Tech Fair” sərgisində nümayiş etdirilərn “Darling” smartfonunun satışına başlayıb. Çinin “ProTruly” şirkətinə məxsus bu smartfon dünyada panorama kamera ilə təchiz edilmiş ilk smartfondur. 2 ədəd 13 meqapiksellik obyektiv 360 dərəcəlik şəkil və videolar çəkərək onları “YouTube” və ya “Facebook”da yerləşdirməyə imkan verir.

Hər iki aparat “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 5.5 düymlük ekran, 8 meqapiksellik “selfi” kamera, 2.5 QHs takt tezlikli “Helio X20 MT6797” prosessoru, 4 QB-lıq əməli yaddaş, 64 QB-lıq fləş daşıyıcı və 3560 milliamper/saat tutumlu batareya ilə təchiz edilib və “Android 6.0 Marshmallow” mobil əməliyyat sistemi ilə işləyir.

Smartfonlar, həmçinin “USB-C” portu və ön paneldə “Ev” düyməsinə qurulmuş barmaq izlərinin skanerinə malikdir. “Mashable” nəşrinin məlumatına görə, “Darling” smartfonunun adi versiyası 500, premium versiyası 800 dollara satılır. Yeni cihazlar yalnız Çində əlçatandır.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2170
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər