"Nokia"nın əfsanəvi modeli yenidən gündəmdə - Nokia 3310


Barselonada keçirilən “MWC 2017” sərgisinin açılışına həsr olunan mətbuat konfransında “HMD Global” şirkəti “Nokia 6” smartfonunun yeni versiyasını təqdim edib.

Bu smartfon eyni zamanda, Çin xaricində “Nokia 6” “HMD” şirkətinin “Nokia” brendi ilə təqdim etdiyi ilk smartfondur. Adi versiya ilə yanaşı, sərgidə parlaq qara rəngli korpusla təchiz edilən “Nokia 6 Art” modeli nümayiş olunub.

“Home” düyməsində barmaq izi skanerinin quraşdırıldığı metal korpuslu smartfon 5,5 düymlü “Full HD” (1920 х 1080 piksel) formatlı ekran, dairəvi haşiyəli “2.5D” ekran, mərhələli avtomatik fokuslu və ikirəngli işıqlandırmalı 16 meqapikselli əsas kamera və 8 meqapikselli ön kamera ilə təchiz edilib. Qurğunun əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 430” prosessoru, 4 giqabaytlıq operativ, 128 giqabayt tutumlu “microSD” yaddaş kartı ilə genişləndirmə imkanına malik 64 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyatorun tutumu 3 min milliamper/saata bərabərdir.

Qurğu “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Beynəlxalq miqyasda satışına bu ilin ikinci rübündə başlanılacaq “Nokia 6” smartfonunun qiyməti 229 avro, “Nokia 6 Art” versiyasının 299 avro olacaq.

Bundan başqa, “HMD Global” tədbir çərçivəsində əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyasını nümayiş etdirib.

Yeni “Nokia 3310” 320х240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və “microSD” yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.

Boz, qara, göy, qırmızı və sarı rənglərlə satışa çıxarılacaq telefonun qiyməti 49 avro təşkil edəcək. Satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan “Nokia 3310” modeli dünyanın ən dözümlü smartfonu olaraq dəyərləndirilməkdə idi.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

1 şərh

tedobre
Bu telefon bazarda yaxşı işləyəcək. Ümid edirəm ki, Nokia daha yaxşı və daha yaxşı işlər görəcək. imgrum

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər