Mart ayında təqdim olunacaq yeni smartfonlar


Mart ayında ən çox gözlənilən smartfonların adı açıqlanıb. Barselonada keçiriləcək ən böyük mobil qurğu sərgisi çərçivəsində dünyanın aparıcı “Nokia”, “LG”, “BlackBerry”, “Huawei”, “Samsung” və digər şirkətləri hazırda bəziləri sirr kimi saxlanılan aktual yeniliklərin nümayişinə hazırlaşır.

Nokia şirkətinin “Qualcomm Snapdragon 835” çipseti ilə “Android” sistemli “Nokia 7” və “Nokia 8” modellərinin də bu il buraxılacağı gözlənilir.

Çinin “TCL Corp” şirkətinin Kanadanın “ВlackBerry” brendini satın aldıqdan sonra ilk “ВlackBerry Mercury” smartfonu nümayiş etdirəcəyi gözlənilir.

“LG G6” smartfonu sərgisinin açılışı olacağı bildirilir.

Çinin “Huawei” şirkətinin məhsulları uzun müddətdir populyarlıq qazanıb. Daha çox alıcı cəlb etmək üçün şirkət hər il smartfonların istehsal xəttini yeniləyir və 2017-ci ilin yazı bu baxımdan istisna olmayacaq. Əsas təqdimatın ucuz və bahalı versiyada hazırlanan “Huawei P10” smartfonunun olacağı qeyd olunur. “Samsung” şirkəti uğursuzluqdan sonra “Samsung 8” modeli ilə öz şöhrətini qaytarmağa çalışacaq. Bundan əlavə sərgidə “Galaxy S8 Pro” qurğusunun təqdim ediləcəyi gözlənilir.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər