Ölkədə Yeni Mobil Operator Fəaliyyətə Başlayacaq

Mobile User
Azərbaycanın Delta-Telecom LTD operatoru respublikanın bütün ərazisini tamamilə əhatə edən 4G TDD-LTE Advanced mobil rabitə şəbəkəsini qurmağa hazırlaşır.

Yerli operator Alcatel-Lucent, Ericsson və digər istehsalçı şirkətlərlə 2.4 GHZ diapozonunda respublikanın bütün ərazisini əhatə edən 4G şəbəkəsini ilin sonunadək qurmağı planlayır.

Hazırda respublikanın bütün ərazisini əhatə edən geniş İP-MPLS fiber-optik şəbəkələrinə malik olan şirkət, əhaliyə göstərilən mobil rabitə xidmətlərinin keyfiyyətini artırmaq üçün Telekom-İnvest şirkəti ilə birlikdə 4-cü mobil rabitə operatoru olaraq fəaliyyətə başlayacaq.

Delta-Telecom LTD şirkətinin rəhbərliyi 4-cü mobil rabitə operatorunun fəaliyyətə başlaması barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat verəcəklərini bildiriblər.

Mənbə: Ölkə.az

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər