Samsung-dan Apple Watch saatlarına cavab

Samsung şirkəti Gear S2 adlanan «ağıllı» saatını yeni video-çarxında nümayiş etdi:



Apple Watch saatının rəqibi IFA 2015 tədbirində sentyabrın 3-ü təqdim olunacaq. Qeyd edək ki, bu qadjet Samsung-un sayca yeddinci daşınan cihazıdır.

Xarici görünüşünə görə Gear S2 koreyalı şirkətin digər saatlarından fərqlənir. Cihazın korpusu metaldan hazırlanıb, bezeli isə (saatın yığını ətrafında sağanaq) fırlanacaq. Texniki göstəricilər barəsində isə hələ heç bir rəsmi məlumat verilmir.

Öncəki məlumat sızmalarına əsasən cihazın göstəriciləri belə ola bilər: 360 х 360 piksel Super AMOLED displey, Exynos 3472 prosessoru, 768 RAM, 4 GB daxili yaddaş və 250 mAs batareya. Təxmin edilir ki, saat Tizen OS əməliyyat sistemi üzərində çalışacaq.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər