Sürücüləri tıxaclar barədə məlumatlandıran sistem işə salındı

Tıxac
Artıq azərbaycanlı sürücülər yollardakı tıxaclar barədə xüsusi sistemin köməkliyi ilə məlumatlandırılacaqlar.

Yeni metod SINAM şirkəti tərəfindən tətbiq olunur. Sistemdə yollardakı tıxaclar barədə məlumatı interaktiv şəkildə FM qəbuledicilərdə əks etdirmək üçün FM diapazonlu RDS (Radio Data System) kanaldan istifadə olunur.

İnternet və ya SMS vasitəsilə ötürülən GPS məlumat axını verilişindən fərqli olaraq, yeni metodda informasiya axını radiokanal vasitəsilə həyata keçiriləcək ki, buna da xərc lazım olmayacaq.

Bundan başqa, system Yollar naviqasiya xəritəsi ilə əlaqəlidir.

Mənbə: Trend

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər