Nokia mobil bazara qayıdır

Nokia
Bir vaxtlar olduqca populyar olan Nokia şirkətinin son bir neçə ildə işləri heç də yaxşı getmirdi, Apple şirkəti öz iPhone inqilabı ilə mobil bazarı alt üst etmişdi. Nokia da, digər smartfonlar kimi suyun üzündə qalmaq üçün touchscreen smartfonlarına keçdi. Lakin rəqiblərindən fərqli olaraq Android platforması üzərində yox, Windows Phone platforması üzərində çalışdı. Bu platformanın populyar olmaması şirkətin smartfonlarının satışlarının az olmasına səbəb oldu. Daha sonra, Nokia brendi Microsoft korporasiyası tərəfindən onun patentləri ilə birlikdə 7,18 milyard ABŞ dollarına alındı. Keçən il isə belə göründü ki, Microsoft-a fin şirkəti daha gərəkli deyildi, və korporasiya ondan azad oldu.

Kim düşünə bilərdi ki, Microsoft-un mobil bölməsi satıldığdan sonra, biz Nokia-nın qayıdışı barəsində eşidəcəyik?

Şirkət artıq çinlilərin köməyi ilə də olsa, N1 adlanan planşeti istehsal edib. Hazırda isə fin brendi mobil bazara qayıtmaq istəyir.
Nokia N1
İstahsal strategiyası planşet istehsalı ilə eyni olacaq. Nokia şirkəti smartfonun istehsalının lisenziyasını üçüncü şirkətlərə satacaq, və o şirkətlər qadjetin icrası ilə məşğul olacaqlar. Bu cür əməkdaşlıq finlər üçün sərfəlidir, onlar yalnız təqdim olunan markaya görə pullarını qazanacaqlar. Satışlarda mümkün ola biləcək zərərlər onlara toxunmayacaq.

Lakin, qeyd etmək lazımdır ki, Microsoft şirkəti ilə imzalanan razılaşma hələ də davam edir, və Nokia satışlara yalnız 2016-cı ilin axırlarında başlaya bilər. O vaxta qədər məşhur brend altında qadjetlər istehsalı mümkün deyil.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər