HTC One M9 smartfonunun yekun xüsusiyyətləri açıqlandı

KİV-də HTC One M9 smartfonunun xüsusiyyətləri barəsində çoxlu şayiələr gəzirdi, lakin, məşhur insayder UpLeaks bütün şayiələrin üstündən xətt çəkərək, cihazın yekun xüsusiyyətlərini açıqladı.

Beləliklə, insayderlərin fikirinə görə, smartfonun xüsusiyyətləri bunlardır: 20,7 MP arxa və 4 MP qabaq kameraları, Snapdragon 810 prosessoru, 5 düymlük FullHD-icazəli ekran, 3 GB RAM, 32/64 GB ümumi yaddaş (microSD dəstəklənir) və 2840 mAs həcmli batareya. Əlavə olaraq qeyd edək ki, kameralar UltraPixels texnologiyaları əsasında hazırlanacaq, smartfon BoomSound stereodinamikləri ilə və Bluetooth 4.1 texnologiyası ilə təchiz olunacaq.

Smartfon Android 5.0.2 əməliyyat sistemi üzərində çalışacaq.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər