Yerli istehsal olan "Fatal Fight" mobil oyunu hazırlanıb

Fatal Fight
Azərbaycanda TOR MMC tərəfindən mobil telefonlar üçün “Fatal Fight” adlı yeni oyun hazırlanıb.
Oyun hələ ki, ancaq Azərbaycandakı Android istifadəçilər tərəfindən oynanması mümkündür. Buna səbəb sınaq mərhələsində olan oyunun testlərinin aparılmasıdır. Sınaqdan uğurla keçdikdən sonra oyun bütün dünyadakı oyunsevərlərin ixtiyarına veriləcək. Sonrakı mərhələdə oyunun iOS, Facebook və vKontakte versiyası da istifadəyə veriləcək.

Əsas komandası 7 nəfərdən (ümumilikdə 14 nəfər) ibarət olan və 6 ay müddətində hazırlanan bu oyunun vizual effektləri “Mortal Combat”, Gameplayi isə ”Thimberman” oyununun (sağ sol düymələri vasitəsilə idarəolunma) motivləri əsasında hazırlanıb. Oyunun komandası Bakıda və Sankt-Peterburqda fəaliyyət göstərir.

Oyunu Play Store-dan endirə bilərsiniz — https://play.google.com/store/apps/details?id=fatal.fight

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər