"Uber" Azərbaycana açılır (?)

Uber - Baku, Azerbaijan
Bunu düşünməyə Uber-in Azərbaycan üçün işçi axtarmağı əsas verir. Rəsmi saytında Uber-in Azərbaycan üçün işçilər axtardığını görmək olar.

Saytda Azərbaycan üçün ilkin olaraq 3 vakansiya mövcuddur:
COMMUNITY MANAGER
GENERAL MANAGER
OPERATIONS & LOGISTICS MANAGER

Uber ötən il «Silicon Valley»də ən çox investisiya alan şirkət olmuşdu. 1.2 milyard dollarlıq yatırım ilə şirkətin ümumi dəyəri 40 milyard dolları keçmişdi. Birjaya açılmamış şirkətlər arasında da hal-hazırda ən dəyərli şirkət olaraq rəqiblərindən çox öndədir Uber şirkəti.
Bu il Uberin 1 milyon yeni iş yeri yaratması gözlənilirdi. Böyümənin əhəmiyyətli bir hissəsi də, Asiya və Okeaniyya ölkələri üçün nəzərdə tutulurdu. Heç bir qaynaqda kiçik ölkələrin də planda olduğu yazılmırdı. Ancaq görünən odur ki, Uber bütün dünyada özünə yer edir.
Azərbaycanda bu bazar 2014-cü ilin sonu qızışmağa başladı. Sanki sözləşirmişcəsinə bir-birinin ardında bir neçə taksi xidməti verən startup-lar fəaliyyətə başlamışdı. Uzun müddət telefonla sifariş qəbul edən 189 xidməti də öz tətbiqlərini istifadəyə vermişdi. Uberin gəlişi alınsa bu bazarın yenidən aktivləşməsini gözləmək olar.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər