Sony mobil biznesini satmaq barədə düşünür

Sony rəhbərliyinin hal-hazırda baş ağrıları çoxdur(məsəl üçün, «Interview» kinosu ətrafında baş verən qalmaqal), və analitiklərin verdiyi proqnoza görə bu ildədə şirkətin problemləri azalmayacaq. Gözlənilən itkilər 1,9 milyard dollar təşkil edir.



Şirkətə əsas zərbəni vuran isə mobil telefonlar bölməsidir. Yalnız keçən ilin maliyyə hesabatına görə smartfonlar 1,5 milyard dollara qədər itkilərə səbəb olub. Sony flaqman smartfonları seqmentində AppleSamsung-a uduzur, orta seqmentdə isə onu tez inkişaf edən Çin smartfonları üstələyir.

Reuters agentliyinin verdiyi məlumata görə, Sony şirkəti mobil şöbəsini satmaq barədə düşünür. Bu şöbənin 1000 işçisi artıq işdən azad olunub. Şöbənin alınması barədə hələki təklif irəli sürülmüyüb, amma rusiyalı blogger Eldar Murtazin twitter səhifəsində bildirib ki, alıcı Samsung şirkəti çıxış edə bilər.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər