HTC yeni telefonu J Butterfly-ni təqdim etdi


HTC şirkəti tərəfindən uzun müddətdir üzərində çalışılan HTC J Butterfly bu gün rəsmi olaraq ictimaiyyətə təqdim olundu. Yalnız Yaponiyada satışa təqdim ediləcəyi açıqlanan HTC J Butterfly hələlik digər ölkələrdə satışa çıxarılmayacaq.

HTC One M8 modelinin lokal versiyası olduğu iddia edilən HTC J Butterfly ağıllı telefonun özünə xas xüsusiyyətləri isə olduqca maraq doğurur. 5 düymlük HD görünüş keyfiyyətinə sahib olan HTC J Butterfly, eyni zamanda su və toz keçirmir. 13 MP arxa və 5 MP ön kamerasıyla istədiyiniz qədər gözəl fotolar çəkə biləcəyiniz Butterfly, 2GB ram-a malikdir. Prosessoru Snapdragon 801 olan modelin əməliyyat sistemi isə Android 4.4 KitKatdır.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər