“Windows Phone” platformasında yeni musiqi tətbiqi təqdim olundu


“Microsoft” Windows Phone platformasını inkişaf etdirməyə davam edir. Keçdiyimiz günlərdə Windows Phone 8.1 developer versiyasını yayımlayan şirkət, əməliyyat sisteminin tətbiqlərində də dəyişikliklər aparır. Belə ki, istifadəçilər tərəfindən çox da bəyənilməyən Windows Phone musiqi tətbiqi yenilənib.

“Windows Phone 8.1”in ən diqqət çəkici xüsusiyyətlərindən biri olan səsli assistent Cortana inteqrasiyası ilə aktuallaşan musiqi tətbiqində artıq az qala bütün əməliyyatları səsli əmrlər ilə etmək mümkündür.

Dinləmə, dayandırma, əvvəlki mahnı, sonrakı mahnı kimi bir çox əmrlə yanaşı, musiqini səsli əmrlə də başlatmaq mümkündür.

www.windowsphone.com/en-us/store/app/music/d2b6a184-da39-4c9a-9e0a-8b589b03dec0?signin=true

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər