Yahoo, Flickr 3.0 versiyasını istifadəyə verdi

flickr 3.0
Foto paylaşma xidmətinin xüsusilə mobil platformalardakı varlığını köklü şəkildə dəyişdirən Yahoo, Flickr-in yeni versiyası ilə bir növ Instagrama rəqib olur.

Yahoo, Android və iOS platformalarındakı foto paylaşma tətbiqini tam yeniləyən Flickr 3.0 versiyasını istifadəyə verdi. Yeniləmə ilə birlikdə mobil istifadəçilər, fotolarını Dropbox və Google+ üzərindən daha asan paylaşa biləcək. Üstəlik müxtəlif filtrlər və vizual tənzimləmə vasitələri də Instagram ilə ola biləcək bir rəqabətin siqnalını verir.

Şəkillərin çəkildiyi cihaz və onlarln nizamları, datalarının məlumatlarını da göstərilə bildiyi yeni Flickr tətbiqində, eynilə Instagramda olduğu kimi fotolara şərh etmək, bəyənmək və paylaşmaq olduqca asan hala gətirilmiş. Foto ilə kifayətlənmək istəməyən istifadəçiləri də düşünən Flickr, 30 saniyəlik kliplər çəkib, filtrlərlə tənzimləməyə imkan tanıyır.

Yeniləmə ilə birlikdə Google və ya Facebook hesabıyla daxil olma imkanı aradan qaldırılmışdır. Flickrin mobil tətbiqini istifadə etmək istəyirsinizsə, artıq Yahoo hesabına ehtiyacınız var. Flickrin Android versiyası üçün bura, iOS versiyası üçün bura basaraq ödənişsiz endirə bilərsiniz.

Android tanıtımı:


iOS tanıtımı:

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
36
Başlıqları
2168
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər