Smartfon istifadəçilərinin əsas maraq dairəsi

HTC şirkəti smartfonlardan istifadə ilə bağlı maraqlı araşdırma aparıb. Həmin tədqiqata əsasən, smartfonvasitəsilə hər bir istifadəçi dünya xəbərlərinə sürətli və asan giriş əldə edir.
İnnovasiya texnologiyaları və mobil cihazların dizaynı sahəsində dünya lideri olan HTC şirkətinin apardığı yeni beynəlxalq tədqiqat cəmiyyətin informasiya inkişafı dövrünün artıq yaxınlaşdığını göstərdi. Sorğu on min Avstraliya, Fransa, Almaniya, Rusiya, Sinqapur, Tayvan, Böyük Britaniya və ABŞ sakinləri arasında aparıldı.

Tədqiqata əsasən insanların yarısından çoxu (52%) hər gün xəbər yeniliklərini izləyir. Daha qısa xəbərlərəolan daim tələbat ümumi görüş dairəsinin genişlənməsinə dəstək göstərir. Bu fikir sosial şəbəkələrin insanları səfehləşdirməsi fikri ilə üst-üstə düşmür.

Xəbərlər zəruridir

Sorğuda iştirak etmiş on min respondentin 42%-i etiraf etdilər ki, onlar xəbərləri səhər-səhər yuxudan ayıldıqdan bir saat ərzində oxuyur; üçdə bir hissəsi isə (38%) əksinə xəbərləri yatmazdan bir saat əvvəl oxuyur.
Respondentlərin 63%-i etiraf edir ki, onlar beynəlxalq xəbərləri hamıdan birinci öyrənmək istəyir.

Sorğuda iştirak edənlərin 65%-i razılaşır ki, onlar çoxsaylı məlumat mənbələrinə giriş sayəsində xəbərlər haqqında hərtərəfli təsvirə malikdirlər.

Respondentlərin 72%-i hesab edir ki, hazırda onlar dünyada baş verənlər haqqında daha çox məlumatlıdırlar. Xəbərlərə giriş daha asan və sadə olmuşdur.

«Rəqəmli informasiya mənbələrinin sayının sürətlə artmasına cavan olaraq biz HTC-şirkətində innovasiyalı HTCBlinkFeed həllini işləyib hazırladıq. İstifadəçilərin dünya xəbərlərini və eyni zamanda sosial şəbəkələrdə olan məlumat axınlarını izləyə bilmələrini istədik. Eyni zamanda hər şey sürətli və intuitiv baxımdan aydın olmalı idi», deyə HTC-nin kontent və servis üzrə direktoru İv Le Jan qeyd etdi.

«HTCBlinkFeed funksiyasının yaradılması zamanı məhz aktual kontentin təqdim olunması amili çox vacib idi. HTC-nin yeni tədqiqatı bizim üçün elə əvvəlcədən aydın olan məsələni bir daha təsdiq etdi — qısa xəbərlərin mövcudluğu hərtərəfli məlumatlı olan cəmiyyətin formalaşmasına gətirir. Məhz buna görə HTC BlinkFeed funksiyası ötən ilin ən yaxşı smartfonlarından biri olanHTC One flaqmanın mövqelərini möhkəmləndirir: bütün seçilmiş kontent ani olaraq bir ekranda əks olunur.

Cari ildə HTC mütəxəssisləri HTC BlinkFeed üçün mütləq yenilik təqdim edəcəklər. İstifadəçilər real zaman rejimində müxtəlif mənbələrdən olan yeni xəbərlərə giriş əldə edəcəklər», deyə İv Le Jan qeyd edir.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər