Hansı telefon Sizə daha uyğundur? - [araşdırma]


Mobil texnologiyaların daimi inkişafı alıcını qarışıq vəziyyətdə qoyur – hansı telefon və ya əməliyyat sistemi daha yaxşıdır? Istehlakçı üçün bu imic məsələsi də ola bilər. Amma son dövrlərdə sosial şəbəkələrdə oxuduqlarım və gündəlik həyatda eşitdiklərimdən belə qərara gələ bilərəm ki, hansı telefon istifadə eləmək yalnız imic məsləsəi deyil. Hər üç əməliyyat sistemi – Windows Phone, Android və IOS kifayət qədər məşhurdur. Bu barədə müzakirlərdən çox mübahisələrin də şahidi olmuşam. Zənnicə burada müzakirə və ya mübahisənin kökündən yanlışlıq var. Heç bir məhsul ideal ola bilməz, hansı mənə daha uyğundur sualı daha düzgündür. Bütün bunlardan sonra isə www.mobile-review.com saytında hər üç əməliyyat siteminə dair geniş məqaləni oxuyub qərara gəldim ki, qısaldılılmış formada www.technium.com oxucuları üçün təqdim edim:

WindowsPhone

windows phone

1. Qiymət – və ya keyfiyyət və qiymətin mütənasib olmaması
Bu əməliyyat sistemi ilə indi olan telefonlar Nokia firmasına aiddir və bu yaxınlarda Microsoft şirkəti onu tamamilə aldı. Yəni Apple kimi Microsoft da həm əməliyyat sistemi həm də telefonun özünü istehsal edən şirkət oldu. Bu hər iki nəhəngin yeganə oxşar cəhətidir. Məsələ ondadır ki, bu əməliyyat sistemi ilə çalışan telefonların reklamına çoxlu pul sərf olunur. Sual yarana bilər ki, bunun alıcıya nə təsiri? Məsələ bundandır ki, həmin bütün bu xərclər məhsulun satış qiymətinin üzərinə əlavə olunur. Maraqlıdır ki, bu telefonların satışı prosesində satıcıya ən yüksək bonus verilir, yəni heç bir başqa istehsalçı öz məhsulunun satışında satıcıya bu qədər bonus vermir. Belə olan halda telefonun qiyməti də stabil olmur, digər telefonlarla müqayisədə qiyməti də daha tez düşür aşağı.

2. Yeni flaqman model
Heç kimə sirr deyil ki, hər bir məhsulun öz alıcısı var. Bu Lumia seriyasına da aiddir. Qısa interval ərzində cüzi dəyişikliklərlə məhsul istehsal edib reklam və marketinq vasitəsilə onun satışını aparmaq Nokia üçün adi bir haldır. Heç bir digər istehsalçı — Samsung, Apple belə istehsal və satış siyasəti – öz modelləri arasında rəqabət gerçəkləşdirmir.

windows phone

3. Əməliyyat sistemində yenilənmələr dair:
Smartfon tipli telefonlar üçün vacib məqamlardan biri də əməliyyat sistemində yenilənmələrdir. Bu telefona yeni funksiyalardan istifadə eləmək imkanı yaradır. Bu baxımdan ən ideal Apple məhsullarıdır. Təqribi olaraq bir telefon üçün üç il ərzində belə imkan yaradılır. Android telefonlarında bu il yarım – iki ildir. Amma Windows Mobile-dan Windows Phone-a keçid olan zaman köhnə model istifadəçirlər yenilənmə edə bilmədilər. Daha sonra, bəzi model telefonlar Windows Phone 7-dən Windows Phone 7.5-a keçid edə bilsələr də heç bir telefondan на Windows Phone 8 yenilənmə edə bilmədilər. İndi isə təsəvvür edin ki, siz flaqman Nokia Lumia əldə edirsiz və yenilənmə imkanından məhrum olursuz. Bəyənirsiz? Hələ gələcəkdə на Windows Phone 9 istehsal olunmağa başlayacaq.

4. İkinci əl bazarı:
Şəxsən mən özüm telefon alan zaman fikirləşirəm alacağım mobil telefonu satmalı olsam təqribi neçəyə sata biləcəm (bunu fikirləşməyənlər də olur). Bu əməliyyat sistemində olan telefonları daha sonra satmaq çətindir, satanda belə dəyər dəyməzə satmalı olursan. Çünki ikinci əl bazarıda bu telefonu satan çox olsa da alıcı daha da azdır. Apple ilə bağlı belə problem olmur. Android-lər də isə istehsalçıdan və modeldən asılı olsa da на Windows Phone kimi çətinlik çəkmir və daha münasib qiymətə sata bilirsiz. Qısa olmayan müddət ərzində mobil telefonların satışı ilə məşğul olduğumdan öz şəxsi təcrübəm də bunu sübut edir. Bu əməliyyat sistemində olan telefonları satmaq üçün gərək həvəskarın tapasız.

5. Əlavə proqramlar və funksionallıq:
Windows Phone daha yeniəməliyyat sistemi olsa da onun üçün proqram siyahısı kasaddır. Şirkət öz məhsulu üçün proqram təminatını təmin etmək üçün kifayət qədər pul sərf eləsə də həmin proqramların funksionallığı – Android və İOS-dan hiss olunacaq dərəcədə geri qalır.

6. Əlavə aksesuarlar:
Hamı üçün əsas meyar olmasa da bəzi istifadəçilər üçün – idman ilə məşğul olanlar addım ölçən və s. kimi proqramlardan istifadə eləmək marağındadırlar. Belə aksesuarlar ya Windows Phone yoxdur ya da funksionallığı zəifdir.

7. Telefon, planşet və kompyuter:
İndi bir çoxlarının həm telefonu, həm planşeti həm də kompyuteri olan dövrdə Microsoft-un köhnəlmiş və maraq doğurmayan ideyası var. Hər üç cihaz eyni əməliyyat sistemi ilə çalışsın. İnternetdə axtarış edən zaman siz məşhur olmayan – Bing axtarış sistemindən istifadə eləməli olursuz. Əgər google vasitəsilə axtarış verməli olsaz gərək menyuda ayarlara daxil olub ordan axtarış edəsiniz. P.S. Google chrome brazuerini telefonunuza yaza bilməyəcəksiz. Bu isə ev kompyuterinizdəki brazuerdə olan əfləcinlər (bookmark) telefondakı brazuerlə sinxronizə eləmək imkanını əlinizdən alacaq.

8. Planşet və telefon:
Windows planşet və Lumia-ların əməliyyat sistemləri fərqli köklərdən gəldiyindən istifadəçi adınızda olan proqramı marketdən daxil olub planşetə yükləyib sonra isə eyni proqramı telefona yükləyə bilməyəcəksiz. Heç də rahat bir funksiya deyil.

9. Texniki servis:
Mobil telefon zaman onun servisi haqqında fikirləşirsiz? 2013-cü il ərzində şirkət texniki servis mərkəzlərinin siyahısını minimuma endirdi. Azərbaycanda isə vəziyyət bir başqa cürdür. Nokianın rəsmi distebyuoru olan Mobilte şirkətinin saytında olan məlumata əsasən – Bakıda iki, Zaqatala, Lənkəran, Gəncə və Xaçmazda da servis mərkəzləri var.

10. Windows Phone nə dərəcədə perspektivli məhsuldur?
Qeyd eləmək lazımdır ki, artıq yaxın gələcəkdə Nokia X A110 tipli Android platformasında olan telefon istehsalına başlanacaq. Bu isə şirkətin öz məhsuluna inamın olmamasını təzahürüdür.

Android

android
1. İnterfeys:
Bir çox funksiya və üstünlüklərə malik olma Android cihazlarının menyusunu qəlizləşdirir. Menyuda bir çox hər bir istifadəçi üçün lazım olan və olmayan xüsusiyətlərin olması menyuda ayarların sayını çoxaldır. Bunu oxuyan zaman narazı qala bilərsiz amma yaşı az olmayan və Android istifadəçisi olanlardan telefonun imkanlardan nə dərəcədə istifadə edə bilirlər? Həm də onu da unutmaq lazım deyil ki, hər bir istehsalçı – Çin istehsaçılarından başlamış – Samsung, HTC-ə kimi istənilən şirkət cihazda interfeysi dəyişə bilər.

2. Telefonun ləng çalışması:
Əlbəttə ki, siz aşağı qiymət kateqoriyasında olan məhsulu bir çox proqramlarla yükləyəndə gözləntiləriniz puç olacaq. Amma bu həqiqətən də problemin olmadığı demək deyil. Burda istehsalçıdan (HCT,Sont və s.) da çox şey asılıdır – proqram təminatı, prosessor və s nə dərəcədə keyfiyyətli hazırlanıb. Həm də əgər hər hansı bir proqram açıq qalıbsa bu telefonun işləmə sürətinə kifayət qədər ləngidir. Hər dəfə siz arxa fonda qalan proqramın fəliyyətini dayandırmalı olursuz. Cihazın ən ideal çalışma vaxtı ilk dəfə qoşulanda olacaq daha sonra gündən günə ləngimələr hiss olunacaq. Bu məsələdə Android Windows Phone ilə səviyyədədir. Apple məhsulları isə bu məqamda liderdir.

3. Enerji sərfiyyatı
Android istehsalçıları məhsul istehsal edən zaman telefonun sürətli olmasına çalışırlar, bu isə cihazın enerji saxlamasına mənfi təsir edir. Digər tərəfdən istehsalçının istifadəsinə verilən proqramların keyfiyyəti də buna təsir edir. Əksər hallarda 5 dyüm ekrana malik olan telefonların enerjisi nahar fasiləsinə kimi bəs edir.
android

4. Ümumi proqram yenilənməsi:
Google şirkəti il ərzində Android üçün 2-3 yenilənmə təqdim edir. Amma bütün telefonlar bu yenilənmələri edə bilmir. Bu yenə də istehsalçı şirkətlərin qərarından asılıdır. Praktika onu göstərir ki, şirkətlər flaqman modellərini 1-1.5 il müddətində yenilənmə ilə təmin etdiyi halda, qeyrilərin yenilənməsi unudulur.

5. Viruslar:
PlayStore da kifayətqədər proqramolsadaondandaartıqsaydatelefonaziyanvuracaqproqramlardavar. QaydaolaraqGooglebelə proqramları qısamüddət ərzində silir. AmmabubaxımdanliderolanApple-dangeriqalır. Onu da qeyd eləmək lazımdır ki, əgər hər hansı bior proqramı yükləyən zaman sizdən sms göndərişi xahiş olunursa bu xidmətin pullu olacağı anlamına gəlir.

6. Məhsul çeşidinin bol olması:
Seçimin çox olması yaxşı olduğu qədər də pisdir. Mobil telefon alan zaman rəflərdə bir birinə bənzər telefonlar arasında sizə uyğun olanı seçmək elə də rahat deyil. Bunun sizin yerinizə satıcının da eləməsi elə də gözəl ideya deyil. Belə olan halda gərək özünüz almaq istədiyiniz məhsul haqqıda müxtəlif üsullarla ətraflı məlumat toplayasız.

Məqalə müəllifi Eldar Murtazin (Эльдар Муртазин)Android ilə bağlı əsas 6 mənfi cəhəti haqqında yazsa da, yeni əlavələrin olmasını istisna etmir və bunu hər bir oxucunun özünə buraxır.

iPhone


iphone

1. Qiymət:
Apple yeganə mobil telefon istehsalçısıdır ki, nisbətən ucuz telefonları olmur. Yəni alan zaman siz nəzərə almalısız ki ən ucuz modeli belə elə də ucuz deyil. Məsələn İphone 5C Azərbaycanda ortalama qiyməti – 549 AZN-dir. Apple məhsulu əldə eləmək üçün siz minimum bu qiyməti ödəməlisiz. Seçim imkanı demək olar ki, yoxdur. Elə də çox olmayan qiymət fərqi hansı ölkədən almağınızdan, sifariş eləməyinizdən asılıdır.

2. iTunes
Telefonunuza hər hansı bir faylı ötürmək yalnız bu proqram vasitəsilə mümkündür. Və kompyuterinizin MAC və ya Windows ilə çalışması fərq eləmir, telefona nəsə yazmaq istəyirsiz? iTunes yükləməlisiz seçim yoxdur.

3. Qapalı sistem:
Əməliyyat sisteminin qapalı olması bir tərəfdən sistemin sürətli çalışmasını təmin eləsə də müasir cihazlardan istifadə də çətinliklər yaradır. Wi-Fi və Bluetooth vasitəsilə fayl göndərmək mümkün deyil. Müxtəlif tipli fayları bir mail vasitəsilə göndərmək mümkün deyil, gərək bir neçə mail göndərəsiz.
iphone

4. İntefeys və standart proqramlarda dəyişikliklər:
Apple telefonlarının üstün cəhətlərindən biri də menyusunun sadə olmasıdır. Yəni bu menyu nə uşaq nə də ki təqaüdçü üçün qəliz deyil. Amma App Store-dan siz telefonda olan standart proqramı əvəz edə biləcək bir şey yükləmək mümkün deyil.
Əgər bu sizi qane edirsə o zaman Apple sizin üçündür.

5. Şriftlər:
İOS7-ə keçid olandan sonra şriftlər daha incə olub. Menyudan yalnız şrifti yağlı eləmək olur. Android-də isə belə bir problem yoxdur – seçim imkanları genişdir. Əgər görmə qabilliyyətiniz zəifdirsə o zaman ekrana diqqətlə baxmalı olursuz.

6. App store – ödənişli yükləmələr:
İncə məqam: App Store-dan siz proqram “oğurlaya” bilməyəcəksiz. Proqram üçün siz ödənişlər eləməli olacaqsız. Düzdür qiymətlər kosmik deyil. Burda artıq belə bir məsələ var ki, sizin belə proqram oöurluğuna münasibətiniz necədir. Əgər pis qəbul etmirsizsə 6-cı bəndə video dekoderlərin kasadlığından danışa bilərik. VLCplayer olsa da imkanları məhduddur.

7. USB kabeliniz yoxdur?
Demək olar ki, bütün istehsalçılar microUSB-ə keçid eləsə da Apple bunu eləmədi. Bir sıra hallarda bu telefonu enerji yığımına qoymaqda çətinlik yaradır və unutmuyun ki bu aksesuarların qiyməti elə də ucuz deyil.

8. İntenet:
Bu məhsullarda arxa fonda qalan proqramlar tam çalışmır. Məsələn Dropbox-a yükləmələr eləmək üçün gərək aktiv bu prioqramı saxlayasız, başqasına keçin eləmiyəsiz. Və ya internet bağlantısı olmadan Whatsapp-la nəsə yazmaq olmur. Android-lərdə bunu yazmaq olur, internet şəbəkəsi peyda olan zaman isə yazdığınız göndərilir.

9. NFC
Apple məhsuallarında NFC yoxdur. Bu düzdür bu hələki elə də populyar bir xidmət olmasa da amması qalır…

10. Yaddaş kartının olmaması və nanoSim:
Bir çox istehsalçılar müştəri rahatlığını nəzərə alaraq universal aksesuar və s-ə keçid edillər. Bir çox telefonda enerji bitərsə siz sim kartı başqa bir telefona taxa bilərsiz, amma İphone-da bu mümkün deyil. Hələ sim kartı çıxartmaq üçün iynə axtarışında olacaqsız.

Yaddaş kartının olmaması isə daha bir çətinlik yaradır. Razılaşın ki telefonunun yaddaşını artırmaq xarici yaddaş kartlarlı ilə daha ucuz başa gəlir. Amma Apple telefonlarında yalnız daxili yaddaş olduğundan bu məsələni qəlizləşdirir. Daha böyük yaddaş həcmi sizə ortalama 200 dollara başa gələcək.

Десять причин не покупать Android-смартфон
Десять причин не покупать смартфоны на WindowsPhone

Müəllif: Eldar Murtazin

Mətni Azərbaycan dilinə tərcümə edərək, technimum oxucularına təqdim etdi:
Fuad Həsənli

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
36
Başlıqları
2168
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər