Ölkədə mobil telefonların idxalı azalıb


Cari ilin yanvar ayında Azərbaycana ümumi dəyər həcmi 224,5 min dollar olan, 2499 ədəd mobil telefon və digər naqilsiz şəbəkədə işləyən telefon cihazı gətirilib.

Bu haqda məlumatı Dövlət Statistika Komitəsi verib. İdarədə deyildiyi kimi, 2013-cü ilin yanvar ayı ilə müqayisədə ölkəyə idxal edilən mobil telefonların sayı 85,53% azalıb (keçən il Azərbaycana 17264 ədəd telefon gətirilib), dəyər həcmində isə bu göstərici 73,49% azalıb.

Göstəricilər Azərbaycana telefon idxalı bazarının tənəzzül mərhələsinə keçdiyini əks etdirir.

Dövlət Komitəsinin məlumatına əsasən bu bazarda 2013-cü ildə istehlakçı böhranı nəzərə çarpıb. Keçən ilin göstəricilərinə əsasən isə Azərbaycana gətirilən mobil cihazların sayı demək olar ki, yarıya qədər düşüb (48,16%).

Ən çox artım (22,8%) 2012-ci ildə qeydə alınıb, o zaman ölkəyə 8680,5 min dollar dəyərində, 182 422 ədəd mobil telefon idxal edilib. Orta hesabla Azərbaycana 2012-ci ildə hər ay 720 min dollar dəyərində, 13-15 min mobil telefon idxal edilib.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
36
Başlıqları
2168
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər