"Viber"-ə 900 milyon dollar təklif


Yaponiyanın nəhəng internet şirkətlərindən olan Rakuten, pulsuz zəng və mesajlaşma tətbiqi olan «Viber»-i, 900 milyon dollara alacağını bildirib. Xatırladaq ki, Viber, kəsintisiz, yüksək keyfiyyətli VoIP və mesajlaşma xidməti verir və 300 milyon qeydiyyatdan keçmiş istifadəçi sayı ilə dünyaca məhşur mobil tətbiqdir. Rekuten, bu addımı ilə mobil mesajlaşma bazarına girməyi hədəfləyir. Bu, həmyerlilərinin ərsəyə gətirdiyi, funksional olaraq Viber-ə bənzəyən «Line» mobil tətbiqi üçün yeni yarışın başlanğıcı olacaq.

Rekutenin planlarında «Viber» tətbiqinə gələcəkdə oyunların da əlavə edilməsi gözlənilir və yeni versiyada əlavə edilmiş hərəkətli şəkil paylaşımı imkanı oyun platformu üçün gözəl başlanğıc olduğunu bildirib. Rekuten, son 2 ildə, elektron oxuma və video yayım işləri görən şirkətlər də alıb və məhşur şəkil paylaşım platforması olan «Pinterest» -in aparıcı investorlarındandır.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər