HTC, bu il geyilə bilən texnologiya sahəsində yeni məhsul tanıdacaq


HTC-nin qurucularından Pter Chou bir mətbuat orqanına müsahibə verib. 2014-ü HTC-nin ili olaraq xarakterizə edən CEO Peter Chou, Bloombergə etdiyi şərhlərdə geyilə bilən texnologiyaların inkişafının lazım olduğunu, HTC-nində bu inkişaf müddətində üzərinə düşən sərmayəni edəcəyini dilə gətirdi.

Samsungun ağıllı saatı Galaxy Gear-a xitab edərək, hal-hazırda bazardakı ağıllı saatların ekran və batareyalarının qeyri-kafi olduğu, HTC-nin bu bazara girmədən əvvəl batareya və ekran problemlərini həll etməsi lazım olduğunu söyləyən Peter Chou, 2013-cü ildə bir ağıllı saatı bazara çıxarmağı planladıqlarını, ancaq saatın daha çox inkişaf etdirilməsi lazım olduğunu düşündükləri üçün proyekti şəxsən təxirə saldığını bildirdi.

HTC-nin Nokia ilə edilən patent ortaqlığı razılaşmasına da toxunan Chou, belə patent iddialarının yalnız firmalara deyil, bütün texnologiya dünyasına zərər verdiyini, Nokia ilə edilən razılaşma sonrasında məhdudlaşdırmaların azaldığını, bu sayədə Dünya'ya daha faydalı məhsullar ortaya çıxarda biləcəklərini deyib.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
36
Başlıqları
2168
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər