HTC DESIRE 500. Desire xəttində yeni model


Azərbaycan bazarına 8-meqapiksel kameralı və güclü dörd-nüvəli prosessorlu HTC Desire 500 dual SIM smartfonu çıxır

İnnovasiya texnologiyaları və mobil qurğuların dizaynı sahəsində dünya lideri olan HTC şirkəti yeni HTC Desire 500 smartfonunu təqdim edir. Azərbaycan bazarında bu model HTC Desire 500 dual SIM versiyasında təqdim olunacaq (1,2 GHz-lıq dörd-nüvəli prosessor, iki SİM-kartın dəstəklənməsi, HTC BlinkFeed əsas ekran və şəkilləri 30-saniyəlik videoçarxlara çevirən Zoe funksiyası). Model artıq avqustda satışa çıxarılacaq. Bu model əlverişli qiymətlərlə qabaqcıl texnologiyalara üstünlük verən kəslər üçün yaradılmışdır. HTC Desire 500 iki rəngdə təqdim olunur – “qara lak” (Lacquer Black) və “mavi buz” (Glacier Blue).

“HTC Desire 500 – orta qiymət seqmentinə aid olan və öz sinfi üçün standartlar müəyyənləşdirən bir smartfondur. O, daim səfərdə olan insanlar üçün idealdır. Yeni model çoxtapşırıqlı rejimdə genişləndirilmiş iş imkanlarını təqdim edir. Siz real zaman rejimində vacib və maraqlı məlumatları əldə edirsiz. HTC Desire 500 modeli əla kamera ilə təchiz edilmişdir ki, bu da sizə həyatınızın unudulmaz anlarını “canlandırmağa” imkan verəcək”, deyə HTC korporasiyasının baş direktoru Piter Çou qeyd edir.

“HTC Desire 500 dual SİM smartfonu HTC-nin flaqman məhsullarında təqdim olunmuş yeni texnologiyaların zəngin funksionalını kütləvi smartfonlar sektoruna gətirir. İk SİM-kartı dəstəkləyən modelin bazara çıxarılması bu modeli istifadəçilər üçün daha da cəlbedici edir”, HTC-nin Rusiya və MDB ölkələri üzrə regional direktoru Andrey Kormiltsev deyir.

HTC-nin 8-meqapiksellik kamerası ilə həyatınızın hər bir unudulmaz anını çəkin və bölüşün. Xüsusi HTC ImageChip prosessoru ilə birlikdə o, HD formatda şəkil və video çəkməyə imkan verir. Ön paneldə yerləşən 1,6 meqapiksellik kamera sayəsində siz həmçinin keyfiyyətli avtoportretlər çəkə biləcəksiz. Bundan əlavə, HTC-nin bu modeli sifət və təbəssümlərin tanınması funksiyası ilə təchiz edilmişdir.

“Zoe” videoçarxların yaradılması funksiyası adi günü daim xatirənizdə əks olunacaq əsl macəraya çevirir. HTC Desire 500 modeli avtomatik olaraq çəkilmiş şəkillərdən musiqi ilə müşayiət edilən 30-saniyəlik keyfiyyətli çarxlar yaradır.

HTC BlinkFeed inqilabi funkasiyası əsas ekranı real zaman rejimində məlumat axınına çevirir. O, bütün məlumatları 4,3 düymlük ekrana çıxarır və xəbər axınlarını və sosial şəbəkələrdəki bütün yenilikləri toplayıb ekranda göstərir.

HTC BlinkFeed üçün kontent dünyanın 1400 çox mediamənbələrindən daxil olur. AOL, ESPN, MTV, Vice Media, CoolHunting, Reuters, RİA Novosti, Vesti, RussiaToday, Gazeta.ru və dünyanın bir çox digər aparıcı media-mənbələrindən hər gün 10 min məqalə daxil olur.

1,2 GHz-lıq dörd-nüvəli prosessor ilə təchiz edilmiş HTC Desire 500 smartfonu çoxtapşırıqlı rejimdə yüksək sürətli iş rejimi və internet-səhifələrin olduqca sürətli nəzərdən keçirilməsi imkanı ilə fərqlənir. 64 GB-dək microSD yaddaş kartlarının dəstəklənməsi sayəsində isə sizin şəkil, video, proqram və oyunların saxlanılması üçün nəzərdə tutulan kifayət qədər yeriniz olur.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər