Azərbaycanda orta qiymət seqmentində yeni iki SİM-kartlı smartfon təqdim olundu


Press-reliz: TC şirkəti iki SİM-kartı dəstəkləyən yeni HTC Desire 600 smartfonunu təqdim etdi. Bu, orta qiymət seqmenti çərçivəsində HTC Sense 5 interfeysinin yeni funksiyaları olan «HTC BlinkFeed» və «HTC BoomSound» ilə təchiz edilmiş ilk smartfondur. Android Jelly Bean əməliyyat sisteminin imkanlarından tam yararlanan yeni model istifadəçilərə dörd-nüvəli prosessoru və videoçarxların avtomatik olaraq yaradılması üçün nəzərdə tutulan «Video Highlights» funksiyasını təklif edir.

«Hər gün insanlar öz smartfonlarını xəbər kanalı, elektron poçt qutusu, sosial şəbəkələr üçün məkan və musiqi kitabxanaları kimi istifadə edir. İki SİM-kartlı HTC Desire 600 smartfonu çoxtapşırıqlı iş rejiminin çevikliyini və rahatlığını həqiqətən də innovativ əsas ekran HTC BlinkFeed ilə uyğunlaşdırır. Beləliklə, orta qiymət seqmenti üçün öz sinfində standartlar müəyyənləşdirən əlverişli bir smartfon hazırladıq. Smartfon çox məşğul istifadəçilərə belə ani olaraq xəbərləri öyrənməyə imkan verir, və eyni zamanda iş və əyləncə üçün güc və funksiyalar dəstini təqdim edir», deyə HTC korporasiyasının baş direktoru Piter Çou qeyd edir.

1,2 GHz tezlikli dörd-nüvəli prosessor ilə təchiz olunmuş iki SİM-kartlı HTC Desire 600 smartfonu ən dinamik həyat ritminə belə uyğunluşa bilər. Smartfon çoxtapşırıqlı rejimdə yüksək sürəti, internet-səhifələrin sürətlə nəzərdən keçirilməsini və üçölçülü qrafika ilə proqramların işləməsini təmin etməklə daim ancaq əla nəticlər nümayiş etdirir.

İki SİM-kartlı HTC Desire 600 smartfonunun «dual active» sistemi sayəsində hər iki SİM-kart daim işlək vəziyyətdədir ki, bu da hətta bir xətt ilə danışdığınız zaman digər xəttə zəng qəbul etməyə, vı o cümlədən elə danışıq zamanı bir həmsöhbətdən digərinə keçməyə imkan verir.

HTC Desire 600 smartfonun cıxması ilə məşhur HTC BlinkFeed funksiyası Desire xəttində də reallaşdırılmağa başladı. Əsas ekranı real zaman rejimində məlumat axınına çevirən HTC BlinkFeed funksiyası 4,5-düymlük Super LCD 2 ekranının imkanlarından istifadə edir, xəbər axınlarını və sosial şəbəkələrdəki bütün yenilikləri toplayır və ekranda göstərir. HTC BlinkFeed üçün kontent dünyanın 1400 çox mediamənbələrindən daxil olur. AOL, ESPN, MTV, Vice Media, CoolHunting, Reuters, RİA Novosti, Vesti, RussiaToday, Gazeta.ru və dünyanın bir çox digər aparıcı media-mənbələrindən hər gün 10 min məqalə daxil olur.

HTC Video Highlights funksiyası adi günü daim xatirənizdə qalacaq əsl macəraya çevirir. 8-meqapiksellik əsas kamera və 1,6 meqapiksellik ön kamera vasitəsilə şəkil çəkərək HTC Desire 600 smartfonu avtomatik şəkildə 30-saniyəlik peşəkar səviyyəli çarxlar yaradır. Videoredaktə üçün heç bir əlavə proqram təminatı tələb olumur. Yalnız musiqini və şəkillərin ardıcıllığını seçməklə siz saniyələr ərzində həyatınız barədə hazırladığınız çarxı dostlarınız, ailə üzvləriniz və sosial şəbəkə istifadəçiləri ilə bölüşəçəksiz.

İki SİM-kartlı HTC Desire 600 smartfonunun ön panelindəki ikili dinamiklər mobil əyləncələrin ləzzətini çıxarmağa imkan verir. Eksklüziv gecləndiricilər ilə təchiz olunmuş dinamiklər səsin dəyişməsini minimuma edirir. Onlar musiqi dinlədiyiniz zaman, filmə baxdığınız zaman və ya sevdiyiniz oyunları oynadığınız zaman daha dolğun və aydın səslənməni təmin edir. Beats Audio texnologyasının inteqrasiyası səs keyfiyyətini yeni səviyyəyə çıxarır və bununla da daha parlaq və güclü təəssüratlar bağışlayır.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər