Azərbaycan Mobil bazarında son göstəricilər [infoqrafika]


Texnologiyanın sürətlə inkişaf edən bölmələrindən biri də Mobil Texnologiyalardır.
Smartphone-ların sürətlə artması, mobil tətbiqlərin, mobil servislərin çox daha populyarlaşmağına gətirib çıxarır. Xüsusən Planşetlərin yayımlası mobil interneti daha irəliyə aparır. Ümumiyyətlə analitiklərin fikrinə görə, mobil internet istifadəsinə görə ənənəvi interneti ötüb keçəcək. Belə desək ənənəvi internet daha çox istehsal etmək üçün, mobil internet isə istehlak etmək üçün istifadə olunacaq.
Mobil sferanın bu qədər populyarlaşması, statistik məlumatlara da marağı artırır. Biz də düşündük ki, topladığımız mobil statistikaları infoqrafika halında sizlərlə bölüşək.
Əvvəla mobil operatorların bazar payları ilə başlayaq. İlk yeri Azercell, ikinci Bakcell və üçüncü isə Nar Mobile-dır.
Mobil səyyahlarda (browser) isə ilk yeri Opera Mobile tutur. Bu brouserin bütün platformalar üçün application-ı olduğundan bu qədər populyar olmağı normal qəbul edilir. İkinci yer Nokia-nın brouseri, üçündü yerdə isə Androidin brouseridir.
Mobil əməliyyat sistemlərində isə ilk yeri Symbian tutur. İkinci yeri Series40, üçün yeri isə Android tutur.
Mobil axtarışda da vəziyyət qeyri-adi deyil. İlk yeri Google, ikinci yeri Yandex, üçüncü yeri isə Bing çox kiçik faizlə tutur. Google 96% ilə demək olar ki, bütün bazarı əhatə edir.
Mobil istehsalçılarda son vəziyyət isə Nokia-nın üstünlüyü ilədir. İkinci yeri Samsung, üçüncü yeri Apple tutur. İnkişaf etməmiş texnoloji bazarlarda Nokianın üstünlüyü mütləqdir.
Azərbaycanın Twitter istifadəçilərinin isə 31.3%-i mobile-dən tvitləyirlər. Bu 31.3%lik tvitin içində isə ən çox pay Blackberry istifadəçilərinə məxsusdur. İkinci yerdə Twitterin mobil versiyası tutur. Üçlüyü Android tamamlayır.

Qeyd edim ki, statistikalar Statcounter.com resursu, Aztwi.com saytı və mobil operator bazarındakı son göstəricilərə görə hazırlanmışdı.
Əlavə etmək istədiyiniz bir məlumat olsa şərhlərdə bölüşə bilərsiniz.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
38
Başlıqları
2179
Reytinq
2.32

9 şərh

farxadus
Şaiq bu mobil statistika Azərbaycan üçün deyil axı deyəsən…
Amma infoqrafik əla!
Shaig
Azərbaycan üçün olan göstəriciləri seçib ayrıca baxmaq olur. May ayını əsas götürmüşük.
Təşəkkür =).
farxadus
Onlar statistikanı hardan əldə edirlər? Saytlara daxil olan devayslara görə?
Shaig
araşdırma şirkətlərinin özlərinin alqoritmləri olur. saytlarından oxumaq olar.
rufatk
Mobil operatorlarin bazar payi abunechi sayina gore teyin olunub yoxsa oturulen/qebuledilen traffike gore? Chunki nezere alsaqki Opera browser en chox istifade olunan browserdi ve Bakcell daha elverishli shertler teklif edir bu browser uchun, onda siralama biraz fergli olmali idi.
Shaig
Abunəçi sayına görə təyin olunur. Çünki, trafiki təyin etmək bir az çətindir.

Amma Operanın populyar olması tək Bakcell-ə aid deyil. Bakcell ilə əməkdaşlığa başlamamışdan əvvəl də populyar brouser idi. Hətta bəzi Nokialarda default brouser idi.
elchinibrahimov
Maraqlı infoqrafik alınıb.
quliyevafqan
Çox dolgun və düzgün məlumatlardır. Reallıgı əks etdirib. Təşəkkürlər Şaiqə.
Mənim telefonum Nokiadır. Sevindim ki telefonum ilk yerlərdən birini tutub:)) Nokia üçün istərdim instagram və skype elə video görüntülü danışıq olsun. Qalan apps lar demək olar ki Nokia üçün mövcuddur
Amilll
Operadan heç də xoşum gəlmir. Çaş ki, bütün smartfonlar üçün Firefox düzəldilərdi.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər