HTC, PlayStation Sertifikatı aldı


Sony, E3 2012-də gözlənilildiyi kimi yeni nəsil bir konsolun təqdimatını etmədi. Ancaq PlayStationla əlaqədar yeniliklərdən də geri qalmadı. Şirkət E3 fəaliyyətində PlayStation Suite-in bundan belə PlayStation Mobile olaraq adlandırıldığını açıqladı. Bundan belə xidmət üçün hazırlanan məzmunlar bu xidmət adı altında paylanacaq.

Bununla birgə, mobil cihazlarıyla tanıdığımız HTC də Sonydan PlayStation sertifikatı alan ilk istehsalçı oldu. Bu sayədə firma cihazlarında PlayStation logosu istifadə edə biləcək və şirkətin xidmətlərini, oyunlarını istifadəçilərinə təqdim edə biləcək. Bu an üçün HTC-nin PlayStation sertifikatlı ilk məhsulunu nə vaxt bazara çıxaracağı haqqında isə hər hansı bir məlumat yoxdur.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
36
Başlıqları
2168
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər