HTC bundan sonra klaviaturalı model çıxarmayacaq


Cib telefonları ilk çıxan zamanlarda düyməli klaviatura cihazın ən mühüm hissəsini təşkil edirdi. Sensor ekranlar geniş yayıldıqca, fiziki düymə klaviaturalara da ehtiyac çox qalmadı.

QWERTY klaviaturalı modellər də istehsal edən HTC firması da artıq klaviaturaya yer verməyəcəyini açıqladı.

Seattledəki Frequencies event-ində iştirak edən HTC-nin dizayn qrupu tərəfindən bu cür açıqlama edildi. HTC təmsilçiləri, eventdə firma olaraq sensor ekranlar üzərinə fokuslanacaqlarını və klaviaturalı modelləri tərk edəcəklərini ifadə etdi.

Son olaraq keçən il HTC-nin ChaCha və Desire Z modellərində QWERTY klaviaturadan istifadə etdiyini görmüşdük. Bu il ki modellərdə fiziki klaviatura yoxdur.

HTC-nin tamamilə fiziki klaviaturadan imtina etdiyini söyləmək səhv olar. İstehlakçıların tələblərini ödəmək üçün, gələcəkdə yenidən fiziki klaviaturalı telefonların istehsal ediləcəyini də düşünmək olar.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
36
Başlıqları
2168
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər