Foursquare 20 Milyon istifadəçiyə çatdı


Foursquare istifadəçiləri tərəfindən 16 aprel 4SQDAY olaraq qeyd edilir. Bu günü hər-hansı bir yerdə check-in edən istifadəçilər, bu günə məxsus badge əldə edirlər.
Smartfonlar vasitəsilə olduğunuz yeri paylaşmağınıza imkan yaradan Foursquare macərası bundan 3 il əvvəl başlamışdı. O dövrdən bəri sürətli bir şəkildə yayılan Foursquarenin 20 milyon istifadəçi sayına çatdığı açıqlandı.

2011-ci ilin dekabr ayında Foursquare, etdiyi açıqlamada 15 milyon istifadəçiyə çatdığını bildirmişdi. 4 ay kimi bir müddətdə 5 milyon istifadəçiyə daha çatması olduqca sürətli görünür. Belə görünür ki, Foursuqare istifadəçilər bu il içərisində 30 milyona çata bilər.

Foursquare istifadəçilərinin təqribi olaraq yarısı Amerikadadır. Digər yarını da dünyanın geri qalan ölkələrindəki Foursquare istifadəçiləri təşkil edir. Azərbaycanda isə Foursquare çox geniş yayılmasa da, müəyyən bir qism istifadəçilər tərəfindən daimi istifadə edilir. Azərbaycanda istifadəçilər öz olduqları yeri əsasən Facebook-un analoji xidmətindən istifadə edərək bildirir.

Foursquare-də cəmi checkin sayı bu ay etibarilə 2 milyard rəqəminə çatmışdır. Foursquare-in ən böyük üstünlüyü iOS, Android, Windows Phone və digər bəzi əməliyyat sistemlərində tətbiqinin mövcud olmasıdı.

Aid olduğu bloglar

Mobil Texnologiya

Mobil texnologiya, mobil cihazlar, mobil internet

Oxucuları
36
Başlıqları
2168
Reytinq
2.32

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər